Avqustun 22-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Avqustun 22-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Avqustun 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 848 min 567, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 371 min 683, ikinci mərhələ üzrə 4 milyon 861 min 143, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 357 min 691, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 258 min 50-dir.

AZƏRTAC