Avqustun 27-də Azərbaycanda COVID-19 əleyhinə 1416 doza vaksin vurulub
Səhiyyə

Avqustun 27-də Azərbaycanda COVID-19 əleyhinə 1416 doza vaksin vurulub

Avqustun 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1416 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 298, ikinci doza vaksinlərin sayı 215, üç və daha çox doza vaksinlərin sayı 774, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 129-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 855 min 924, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 373 min 64, ikinci mərhələ üzrə 4 milyon 862 min 295, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 361 min 762, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 258 min 803-dür.

AZƏRTAC