Avqustun 29-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Avqustun 29-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Avqustun 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 857 min 111, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 373 min 253, ikinci mərhələ üzrə 4 milyon 862 min 494, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 362 min 453, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 258 min 911-dir.

AZƏRTAC