Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfərə gəlib
Siyasət

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfərə gəlib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC