Avropa Şurasının
Digər xəbərlər

Avropa Şurasının "HELP e-learning" platformasında hakim və prokurorluq işçiləri üçün təşkil olunan kurs yekunlaşdırılıb

Avropa Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə əməkdaşlıq çərçivəsində Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini, HELP milli tyutoru Günay Əyyubova tərəfindən Avropa Şurasının "HELP e-learning" platforması üzərindən 23 nəfərə - 11 hakim və 12 prokurorluq işçisinə "Cinayət prosesində prosessual təminatlar və qurbanların hüquqları" mövzusunda distant kurs təşkil olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla da iki ay müddətində davam edən distant kursa yekun vurulub. Yekunda 8-i prokurorluq işçisi olmaqla 12 nəfər müvəffəqiyyət qazanıb. Yüksək nəticə nümayiş etdirən şəxslərə Avropa Şurasının sertifikatları təqdim olunacaq.

Kursun gedişi maraq doğurduğu üçün Avropa Şurası rəsmi veb-saytında və feysbuk, tviter sosial media hesablarında işıqlandırılıb.

AZƏRTAC