Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovskidən Avropa yəhudilərinin Bakı dini icması sədrinin müavini Yevgeni Brenneysendən Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqaldan
Məktublar

Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovskidən Avropa yəhudilərinin Bakı dini icması sədrinin müavini Yevgeni Brenneysendən Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqaldan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Azərbaycandakı Avropa Yəhudiləri İcması adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik.

60 il insan həyatının çiçəklənmə dövrüdür. Tarixin çətin və dönüş anlarında dünya hadisələrinə təsir edən böyük şəxsiyyətin rolu xüsusilə nəzərə çarpır. Məhz Sizin və Sizin rəhbərliyiniz sayəsində Azərbaycan xalqı ata-baba torpaqlarımız olan Qarabağımızı işğalçılardan azad etdi və Sizin rəhbərliyinizlə bu torpaqlar yenidən çiçəklənəcək.

Biz Azərbaycan yəhudiləri, bütün ölkə xalqı kimi, bu zəmanədə yaşamaqla, Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmizin inkişaf etdiyini və tərəqqisini görməklə fəxr edirik və buna görə xoşbəxtik.

Siz haradasınızsa, qələbə də oradadır!

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, müqəddəs Tövratda yazıldığı kimi, 120 illik xoşbəxt ömür və əziz Azərbaycanımızın rifahı naminə səmərəli fəaliyyət arzulayırıq.

Allah Sizi qorusun!

Dərin hörmətlə, 

Aleksandr Şarovski

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri,

 

Yevqeniy Brenneysen

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədr müavini,

 

Şneor Seqal

Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini