Kəlbəcərin füsunkar təbiəti var. Lakin təəssüf ki, burada bir çox evlər dağıdılıb və yandırılıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində işğaldan azad edilmiş ərazilərimizə səfər edən avstriyalı səyyah Maksimilyan Layerer söyləyib.
O gördüyü dağıntıların böyük məyusluq yaratdığını deyib, regionda sülhün tezliklə bərqərar olmasını arzulayıb.
AZƏRTAC