Aydın Kərimov: Azərbaycan-Serbiya münasibətləri yeni mərhələyə qədəm qoyur
MÜSAHİBƏLƏR

Aydın Kərimov: Azərbaycan-Serbiya münasibətləri yeni mərhələyə qədəm qoyur

Bu gün Azərbaycanın Şuşa Serbiyanın Novi Pazar şəhərləri arasında dostluq əməkdaşlıq haqqında Memorandum imzalandı. İnanıram ki, imzalanmış sənəd Şuşanın yeni tarixinə düşəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.

O qeyd edib ki, qardaşlaşma haqqında Memorandum Azərbaycanla Serbiya arasındakı yüksək səviyyəli strateji münasibətlərin məntiqi davamıdır. Bu da xalqlarımız arasında əlaqələrin münasibətlərin daha da möhkəmləndirilməsinə, mədəni, sosial, iqtisadi əlaqələrin daha da inkişafına xidmət edəcək.

"Bu gün imzalanan Memorandum Şuşa şəhəri ilə digər şəhərlər arasında qardaşlıq əməkdaşlıq haqqında 7-ci sənəddir. Əvvəlki sənədlərdən fərqli olaraq, bu sənəd ilk dəfədir Şuşa şəhərində imzalandı. Bu da rəmzi müsbət bir haldır", - deyə A.Kərimov vurğulayıb.

O əlavə edib ki, Azərbaycanla Serbiya arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur.