Azad edilmiş ərazilərdə həyata keçiriləcək faktaraşdırıcı missiya və mədəni, tarixi abidələrə qarşı vandalizm hallarının monitorinqi ilə bağlı müzakirə aparılıb
Digər xəbərlər

Azad edilmiş ərazilərdə həyata keçiriləcək faktaraşdırıcı missiya və mədəni, tarixi abidələrə qarşı vandalizm hallarının monitorinqi ilə bağlı müzakirə aparılıb

İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində nəzərdə tutulan növbəti görüş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, ANAMA-nın sədri Vüqar Süleymanovla görüşən qonaqlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirəcəkləri birgə faktaraşdırıcı missiya və mədəni tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı müzakirə aparıblar.

V.Süleymanov bildirib ki, üçtərəfli Bəyanatın imzalamasından xeyli müddət keçməsinə baxmayaraq, Ermənistanın mina xəritələrinin təqdim edilməsi ilə bağlı sistemli addımlar atmadığını diqqətə çatdırıb.

Görüşdə qeyd olunub ki, mina xəritələrinin təqdim edilməməsi insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə maneə törədir.

Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti  işğaldan olunmuş bölgələrə səfər edəcək.

AZƏRTAC