AZAL Tacikistan və Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq
Digər xəbərlər

AZAL Tacikistan və Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyəAstraZenecapeyvəndi partiyası göndəriləcək.

Belə ki, Azərbaycanın milli aviadaşıyıcısının (AZALtəyyarələri ilə Tacikistana, Bosniya Herseqovinaya həmin vaksinin 40 min dozası  çatdırılacaq.

AstraZenecapeyvəndi AZAL-ın çarter reysləri ilə 19 iyulda Bakıdan Sarayevoya, 20 iyulda isə  Düşənbə şəhərinə göndəriləcək.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Özbəkistana (50 min) Qırğızıstana (40 min) “AstraZenecapeyvəndini göndərmişdir.

Azərbaycan Hava YollarıQSC-nin mətbuat xidməti.