AZƏRBAYCAN-ABŞ ƏLAQƏLƏRİ UĞURLA DAVAM EDİR
Siyasət

AZƏRBAYCAN-ABŞ ƏLAQƏLƏRİ UĞURLA DAVAM EDİR

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 31 il ötür

31 ildir ki, Azərbaycan ilə ABŞ arasında münasibətlər qarşılıqlı hörmət əməkdaşlıq prinsipləri çərçivəsində inkişaf edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, xüsusilə ümummilli lider Heydər Əliyevin 1993- ildə xalqın təkidli xahişi ilə ölkə rəhbərliyinə qayıdışından sonra iki ölkə arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. "Əsrin müqaviləsi"nin imzalanmasından, yəni 1994- ildən sonra münasibətlər genişləndirilib, ölkələrimiz arasında iqtisadi əlaqələr daha da dərinləşib.

Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələri, o cümlədən qanunun aliliyi, iqtisadiyyat, enerji təhlükəsizlik sahələrini əhatə etdiyini iki ölkə arasında bu sahələrdə tərəfdaşlıq əlaqələrinin qurulduğunu qeyd edə bilərik.

ABŞ Azərbaycan hər zaman bir-birini güclü müttəfiq strateji tərəfdaş kimi görür. Bu iki ölkə daha dərin strateji əməkdaşlığa hazır olduğunu heç vaxt gizlətməyib. Sirr deyil ki, Birləşmiş Ştatların istənilən rəhbərliyi üçün öz fəaliyyətində milli təhlükəsizlik ölkəsinin strateji maraqları baxımından çıxış etmək həlledici olub. Bu maraqlar isə Cənubi Qafqazda Azərbaycanla bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlığı diktə edir bu o deməkdir ki, Birləşmiş Ştatların istənilən prezidenti dövründə ABŞ Azərbaycan arasında əməkdaşlığın önəmi böyük olacaq.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri ümumi təhlükəsizlik problemlərinin regional sülh məsələlərinin birgə həllidir. ABŞ iqtisadiyyatın şaxələndirilməsi Xəzər dənizinin enerji potensialının inkişafı üzrə Azərbaycanın təşəbbüslərini səyləri dəstəkləyir ölkəmizlə iqtisadi əməkdaşlıq üçün daim yeni imkanlar axtarışındadır.

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında müxtəlif sahələri əhatə edən fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlıq həmişə olub indiki dövrdə Azərbaycanla əməkdaşlığın inkişafı ABŞ-ın Xəzər dənizi regionunda Cənubi Qafqazdakı siyasi prioritetləri sırasındadır.

ABŞ regionda 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfər nəticəsində yaranmış yeni reallığı aydın görür bu reallıqlar çərçivəsində Ermənistan Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına çalışdığını bildirir. Birləşmiş Ştatlar yaxşı bilir ki, güclü inkişaf edən Azərbaycanla münasibətlər həm Cənubi Qafqaz-Xəzər dənizi regionunda sabitliyin təhlükəsizliyin, həm Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan enerji layihələrinin həyata keçirilməsi davamlılığı baxımından da önəmlidir. Axı Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinə, enerji resurslarının şaxələndirilməsinə bütün iştirakçı tərəflərə fayda verir.

Bundan əlavə, Azərbaycan ABŞ-ın regional təhlükəsizlik məsələlərində mühüm etibarlı tərəfdaşdır. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz maddi-texniki dəstəyini təmin edir Azərbaycan ordusu NATO qoşunları ilə birlikdə bu ölkədə davamlı sülh təhlükəsizliyin təmin edilməsinə töhfə verir.

Bütün bunları nəzərə alaraq ABŞ Azərbaycana sabitlik təhlükəsizliyə töhfə verən, qlobal arenada mühüm təşəbbüslərlə çıxış edən yaranan problemlərin həllinə əməli dəstək verən güclü, dinamik inkişaf edən ölkə kimi baxır.

Birləşmiş Ştatlar son 20 il ərzində ikitərəfli gündəliyin mərkəzində olan bütün əsas sahələrdə Azərbaycanla fəal əməkdaşlıq etmək niyyətindən çıxış edib. ABŞ regional təhlükəsizlik məsələlərində həssaslığını hər zaman ifadə edib. Bu ölkə həmişə Azərbaycanın ərazi bütövlüyü suverenliyinə sadiqliyini ifadə edib rəsmi Bakı bu mövqeyi yüksək qiymətləndirib. Üstəlik, son illər ərzində ABŞ tərəfindən ayrı-ayrı diplomatlar vasitəsilə işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı təkliflər irəli sürülüb. Lakin Azərbaycan bu münaqişəni BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini rəhbər tutaraq özü həll edib, həmin qətnamalərin icrasını öz üzərinə götürüb. Ona görə Azərbaycan təbii ki, münaqişə mövzusuna qayıtmaq fikrində deyil indi onun daha çox diqqətini erməni işğalından azad edilmiş ərazilərin bərpasına yönəltməsini düzgün sayır. ABŞ-ın bu istiqamətdə daha aktiv səylər göstərməsi faydalı olardı.

ABŞ-ın Azərbaycanın mühüm iqtisadi tərəfdaşı kimi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səyləri dəstəkləmək, eləcə ölkəmizlə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olması çox vacib təqdirəlayiqdir.

Odur ki, Amerika şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpası prosesində fəal iştirak edə bilər onların bərpaolunan enerji sahəsində təcrübəsi Azərbaycana faydalı olar.

Şübhəsiz, Amerika şirkətlərinin Azərbaycanda fəaliyyətini genişləndirmək üçün ilk növbədə, ABŞ Konqresi Azərbaycanla bağlı 907-ci düzəlişini ləğv etməlidir. Çünki bu, belə bir güclü, davamlı surətdə inkişaf edən, istər regional, istərsə qlobal səviyyədə təhlükəsizliyə böyük töhfələr verən dövlətə qarşı ədalətsiz yanaşmadır. Prezident cənab İlham Əliyev bunu dəfələrlə bəyan edərək, həmin düzəlişin iki ölkə arasında tamhüquqlu əməkdaşlığa mane olduğuna diqqət çəkib. Üstəlik, düzəliş keçmiş Qarabağ münaqişəsinin başlanğıcında qəbul edilib bu gün münaqişə nizamlanıb, düzəliş öz mənasını itirib.

Xatırladaq ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən Azadlığa Dəstək Aktı adlı qanun qəbul edib. Bu qanunun 907-ci düzəlişinə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib. 907 saylı düzəliş 2001-ci ildə Konqres tərəfindən Prezidentə verilən səlahiyyətlərə uyğun olaraq 2002-ci ildən etibarən hər il ABŞ Prezidenti tərəfindən dayandırılır.

Ümid etmək olar ki, Birləşmiş Ştatlar təkcə ikitərəfli münasibətlərə deyil, həm regionda münaqişədən sonrakı reallığa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işlərinə mühüm töhfə verəcək, regionumuzda sülhün əməkdaşlığın inkişafına daha böyük dəstək nümayiş etdirəcək.

Emin QASIMOV,

"Respublika".