Azərbaycan beynəlxalq təşkilatların diqqət mərkəzindədir
Siyasət

Azərbaycan beynəlxalq təşkilatların diqqət mərkəzindədir

Azərbaycan dövlətinin milli maraqlara əsaslanan xarici daxili siyasət kursu beynəlxalq çərçivədə yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə təməli qoyulan balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş, region dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə əməkdaşlığa əsaslanan çoxtərəfli ikitərəfli əlaqələr qurmuşdur. Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasət kursu nəticəsində isə ölkəmizin dünyada nüfuz dairəsi daha da genişlənmiş, Azərbaycan regional beynəlxalq oyunçuya çevrilmişdir.

Azərbaycanın dünya birliyinə inteqrasiyasındakı ən önəmli məqamlardan biri qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu münasibətlərin qurulmasıdır. Yəni, Azərbaycan birtərəfli qaydada heç bir dövlətdən, yaxud təşkilatdan isə ummur. Əksinə, Azərbaycanla əməkdaşlıq edənlər bundan faydalanır. Bu uğurlu siyasi gedişin nəticəsidir ki, ölkəmizin tərəfdaşları daha da artır beynəlxalq məkanda Azərbaycan öz siyasi çəkisi ilə fərqlənir. Danılmaz faktdır ki, Azərbaycan regionun lider dövlətidir bu məqam beynəlxalq arenada da diqqətdən yayınmır. Məhz bu çərçivədə dövlət başçısının birbaşa təşəbbüsü ilə reallaşdırılan, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə Qlobal Açıq Cəmiyyətlər Forumu, Qlobal Bakı Forumu kimi çoxsaylı nümunələr Azərbaycanın geosiyasi iqtisadi baxımdan dünya üçün rolunu ön plana çıxarır. Region ölkələri arasında üçtərəfli, dördtərəfli daha çox dövlətin iştirakı ilə reallaşan görüşlərin əksəriyyətinin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir. Bütün bunlar Azərbaycanın qlobal məsələlərin müzakirəsi həllində rolunu artırır dünyada gündəmin formalaşmasında yaxından iştirakını təmin edir.

Avropa İttifaqının () birbaşa təşəbbüsü ilə reallaşdırılan platforma - "Avropa Siyasi Birliyi"nin 2-ci Zirvə toplantısı bu dəfə Moldovada keçirildi. Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50- yaxın ölkədən dövlət hökumət başçıları iştirak edirdilər. Keçirilməsi nəzərdə tutulan növbəti iki toplantıya isə müvafiq olaraq İspaniya Böyük Britaniya evsahibliyi edəcək.

Kəskinləşən geosiyasi maraqlar yeni dünya düzəninin formalaşdığı bir vaxtda Avropada etibarlı tərəfdaşlarla birgə bu görüşün reallaşdırılması beynəlxalq ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir. Bununla yanaşı, Azərbaycan dövlətinin bu kimi yüksək səviyyəli platformalarda iştirakı Prezident İlham Əliyevin hər iki toplantıya da dəvət edilməsi ölkəmizin artan nüfuzunu bir daha sübut etmiş oldu. Xüsusilə qeyd etmək lazımdır ki, ilk dəfə 2021-ci ilin mayında Fransa prezidenti Makron tərəfindən irəli sürülən Avropa Siyasi Birliyi (ASB) layihəsi oktyabrın 6-da Praqada keçirilən toplantı ilə fəaliyyətə başlamışdır. "Brexit", pandemiya Ukrayna müharibəsi ilə Avropanın gələcəyinin necə formalaşacağı ilə bağlı müzakirələrin aparılması toplantının ana xəttini müəyyənləşdirirdi. İdeyası siyasi dialoqu əməkdaşlığı gücləndirməklə ümumi maraqları həll etmək, bununla da Avropada təhlükəsizliyi, sabitliyi rifahı artırmaq məqsəd daşıyan bu platforma çox dövlətli prinsip əsasında qlobal problemlərin həllinə indeksləşmişdir. Təsadüfi deyil ki, keçirilən görüşdə -nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunmuşdu. Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Çexiyanın Baş naziri, -nin prezidenti Petr Fiala imzalamışdılar. Azərbaycandan başqa, dəvət göndərilən ölkələr arasında Türkiyə, Albaniya, Bosniya Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya Ermənistan da var idi.

Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyəli təşkilatlarda məşvərətçi səslə iştirakı sonrakı müddət ərzində heç onun bu kimi platformalara üzv olacağına dəlalət etmir. Ali Avrasiya İqtisadi Forumuna Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə qonaq qismində iştirakı təqdirəlayiq hal olsa da, Azərbaycanın bu təşkilata üzvlük məsələsi ölkəmizin gündəliyində yer almır. Ölkəmiz hər hansı beynəlxalq təşkilatın üzvü olmasa belə, həmin qurumun üzvü olan ölkələrlə ikitərəfli çoxtərəfli formatda əməkdaşlıq əlaqələrinə hər zaman maraqlıdır. Bu prinsipin qlobal məkanda daha bir ekvivalenti isə Şanxay Əməkdaşlıq Təşkilatıdır. Orta Asiya ölkələri ilə yanaşı, bir çox qlobal gücü birləşdirən ŞƏT- ölkəmiz dialoq tərəfdaşı olaraq iştirak edir. Bu barədə 10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlətlərin başçıları Şuranın iclasında Azərbaycan Respublikasına ŞƏT- dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul etmişdir. Təşkilatın gündəliyində isə terrorizm, separatizm ekstremizmə qarşı innovativ tədbirlər görməklə regional beynəlxalq təhlükəsizliyi təmin etmək əsas yer alır.

Bütövlükdə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirməyə xidmət edir. Azərbaycan hazırda dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlar, habelə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İngiltərə digər dövlətlərlə sıx əməkdaşlıq edir. Bu amil Azərbaycanın müstəqil güclü iqtisadiyyatı ilə bilavasitə bağlıdır. Qlobal enerji iqtisadi böhranların baş verdiyi dövrdə Azərbaycana beynəlxalq təşkilatlardan olduqca müsbət yanaşmalar var.

2022-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 27 milyard 344 milyon dollar olmuşdur. Bu da regional miqyasda Azərbaycanın Avropa üçün ən önəmli aktor olduğunu bir daha sübut edir. Bu günə olan göstəricilərə əsasən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 2,2 faiz, il ərzində isə 29,7 faiz artıb. Dünya Bankının bu ilə olan hesabatında da qeyd olunub ki, Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1,1 faiz, Mərkəzi Asiya regionuna nisbətdə isə 2,7 faiz daha yüksək olacaq. Digər tərəfdən, xarici daxili iqtisadiyyatımızın müstəqilliyi çərçivəsində bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı ofisinin gələcək prespektivdə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsi ölkəmizin iqtisadi asılılığının olmadığını göstərir. Üstəlik dövlətimiz 2005-ci ildən etibarən Beynəlxalq Valyuta Fondundan kredit alışını dayandırıb, həmin tarixdən bəri Azərbaycan Beynəlxalq Valyuta Fondundan maddi yardım istəməyib. Heç şübhəsiz, bu, Azərbaycanın kifayət qədər xarici valyuta depozitinə sahib olması ilə bağlıdır.

Ümumiyyətlə, Azərbaycanın xarici ölkələrə yardım göstərməsi siyasi, iqtisadi, mədəni digər sahələrdə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənib. Bununla da dövlətimiz etibarlı tərəfdaş kimi dünyada sülh, təhlükəsizlik çiçəklənmənin təmin edilməsinə, Azərbaycanın xarici siyasət prioritetlərinin reallaşdırılmasına xidmət edir. Həmçinin ölkəmiz həyata keçirdiyi sosial-iqtisadi layihələrlə bir daha dünyaya sübut edir ki, onun potensialı çox böyükdür. Azərbaycan təkcə öz xalqının rifahı üçün deyil, eyni zamanda bölgənin inkişafı rifahı üçün çox əhəmiyyətli addımlar atır.

Nurlan ABDALOV,

"Respublika".