Azərbaycan Dövlət Neft və Sənaye Universiteti fəlsəfə doktoru və elmlər doktoruproqramları üzrə doktoranturaya qəbul elan edir
Reklam və elanlar

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti fəlsəfə doktoru və elmlər doktoruproqramları üzrə doktoranturaya qəbul elan edir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul elan edir

Fəlsəfə və elmlər doktoru proqramı üzrə doktoranturaya (dissertanturaya) sənədlərin qəbulu “Təhsil mərkəzləşdirilmiş İnformasiya sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.

Doktoranturaya (dissertanturaya) sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələb qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara (Təlimat və digır sənədlər aşağıda verilib) uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Portal edu.az vasitəsilə sənədlərin qəbulu 1 iyul 2021-ci il saat 9:00-dan 15 iyul 2021-ci il saat 24:00-dək aparılacaqdır.

Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslər üçün Fəlsəfə fənni üzrə imtahanın 1, 2, 3 sentyabr 2021-ci il tarixlərində,  ixtisas imtahanının isə 9, 10 sentyabr 2021-ci il tarixlərində keçirilməsi planlaşdırılıb.

portal.edu.az saytına daxil olmazdan əvvəl asoiu.edu.az saytında yerləşdirilən məlumatla tanış olmaq tövsiyə olunur.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları

1.1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

1.2. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutu

Qəbul qaydaları haqqında  ətraflı  məlumat  almaq  istəyənlər ADNSU-nun “Doktorantura” şöbəsinə (Azadlıq prospekti, 34, 2-ci mərtəbə, otaq 248, tel: (012)493-46-24) müraciət edə bilərlər.

REKTORLUQ.