Azərbaycan dövlətçiliyinə sui-qəsd
Siyasət

Azərbaycan dövlətçiliyinə sui-qəsd

Uzun illər əsarətdə olan Azərbaycan yenidən müstəqilliyinə qovuşmuşdu. Qazanılan hürriyyət gərgin ictimai-siyasi vəziyyət böyük qurbanlar bahasına əldə edilmişdi. Keşməkeşli istiqlal yolunda Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18- qəbul edilsə , əslində Azərbaycan öz müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bərpa edə bildi. Belə ki, xain düşmənin Azərbaycan torpaqlarını işğal etməsi, respublikamızın daxildən parçalanmasına şərait yaratmış, xalqımızı vətəndaş müharibəsi girdabına sürükləmiş yerli hakimiyyətin prosesləri yönləndirə biləcək iradəsinin olmaması Azərbaycanı yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

1993- ilin yayında vəziyyət olduqca kəskinləşmişdi. Azərbaycan dövlətçiliyi ciddi təhlükə altında idi. Dövlət daxilindəki strukturlara, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar isə həll yolları axtarmaqda belə aciz idi. Artıq Gəncədə, Lənkəranda, Qusarda digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edir, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Hadisələrin gedişatı 1993- ilin 4 iyununda hakimiyyətdə hərbi qarşıdurmaya gətirib çıxardı.

1993- ilin fevralında prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam imzaladı. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Surət Hüseynov icra etməkdən imtina etdi. Ovaxtkı hakimiyyət isə Surət Hüseynovun hərbi hissə komandiri olaraq qalmasına göz yumdu. Təxminən bir ay sonra Surət Hüseynov prezidentə yazılı olaraq hakimiyyəti tanımadığını bildirdi. Ardınca, 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi onun Ağcabədi rayonuna köçürülməsi haqqında sərəncam verildi. Lakin buna da əməl edilmədi, üstəlik ora gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldü. Bu isə artıq ölkədə qiyamın olacağından xəbər verirdi. Hər kəs düşünürdü ki, Surət Hüseynov hakimiyyəti devirəcək.

Vətəndaş müharibəsinin bir addımlığında dayanan Azərbaycan dövləti qaranlıq günlərini yaşayırdı. Artıq S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlamışdı, belə çətin zamanda xalqın diqqəti Naxçıvana yönəlmişdi. Ölkədə yaranmış silahlı qarşıdurma hamının narahatlığına səbəb olmuşdu. Çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat cütlüyü edəcəklərini bilmirdilər. Xalq isə yaranmış vəziyyətdən xilas yolunu ulu öndər Heydər Əliyevə müraciət etməkdə görürdü. Hər kəsin yalnız bir ümid yeri qalmışdı. Ölkəni xaos anarxiyadan, qardaş qırğınından yalnız Heydər Əliyev xilas edə bilərdi. Blokada şəraitindəki Naxçıvan Muxtar Respublikasını qorumağı bacaran ulu öndər ölkənin, dövlətin, xalqın xilaskarı kimi hakimiyyətə dəvət olunurdu. Həmin dövrdə respublikanın hər yerində izdihamlı mitinqlər keçirilir, Ulu Öndər Heydər Əliyevin təcili olaraq Azərbaycana rəhbərliyə gəlməsi təkidlə xahiş olunurdu. 1993- il iyunun 15- Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini, dövlətçiliyini əbədi etdi.

Əgər 1993- ilin iyununda xalqın dəvəti ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyi deyilən bir anlayış olmayacaqdı. Siyasi-hərbi qarışıqlığın ölkələri necə bir uçuruma sürüklədiyinin bariz nümunələrini bu gün aydın şəkildə görürük. Məhz vətəndaş müharibəsi istəyi buna yönəlmişdi ki, Azərbaycan da bəzi dövlətlər kimi parçalansın. Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində deyirdi: "1993- ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Siyasi-hərbi hərc-mərcliyin baş alıb getdiyi ölkədən, regional lider olan qüdrətli müzəffər Azərbaycana çevrilmək olduqca çətin məşəqqətli hadisədir. Ölkənin bu qarışıqlığında dünyaşöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycanda illərlə davam edən anarxiyaya, özbaşınalığa son qoymuş oldu. Bütün həyatını Azərbaycanın xalqının taleyi ilə bağlayan Ulu Öndər müstəqil dövlətimizin tarixini yaratdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993- il iyunun 15- Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ilə ölkəmizin siyasi tarixində yeni bir mərhələ başlandı. Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən xilas etdi. Ulu Öndər ölkədə xaos anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Böyük zəka iradə sahibi olan Heydər Əliyev qısa zaman kəsiyində müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm dönməz sabitliyə, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ölkədəki böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. Xalqın Ulu Öndərin azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsi dövlətçiliyi daha da möhkəmləndirdi. 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə aparılan islahatlar sayəsində Azərbaycan öz inkişaf xəttini demokratik əsaslarla qurdu.

Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimizin əbədiliyi bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təmin olunur. Azərbaycanın güclü ordusu Ali Baş Komandanın siyasi iradəsi ilə torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad edildi. Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş bir ölkədir. Bu gün qlobal güclər dövlətimizlə hesablaşır, onun iştirakı olmadan heç bir regional layihə reallığa çevrilmir, etibarlı tərəfdaş kimi Azərbaycan beynəlxalq məkanda öz çəkisi ilə fərqlənir. Bütün bunlar həmin dövr üçün imkansız görünən bir xəyal idisə, bu gün artıq reallıqdır.

Nurlan ABDALOV,

"Respublika".