AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNƏ XAİN HÜCUM CƏHDİ
Siyasət

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNƏ XAİN HÜCUM CƏHDİ

1995-ci ilin mart hadisələri xarici qüvvələrin öncədən hazlrlanmış məkrli planı idi

1991-ci il oktyabrın 18- Azərbaycan xalqı çoxdan gözlədiyi dövlət müstəqilliyinə tarixində ikinci dəfə qovuşdu. Lakin yenicə bərpa olunmuş müstəqilliyi qorumaq, yaşatmaq xalqımız üçün o qədər asan olmadı. Bir tərəfdən tarixi düşmənlərimizin - ermənilərin Qarabağa təcavüzü, digər tərəfdən ölkəmizin geosiyasi mövqeyi ilə bağlı xarici dövlətlərin maraqları müstəqilliyimiz üçün çox ciddi təhlükə yaratdı. Həmin dövrdə səriştəsiz, xalqın mənafeyindən uzaq olan hakimiyyət nümayəndələri xaricdən gələn təhlükəni nəinki aradan qaldıra, həm ölkə daxilində sağlam ictimai-siyasi vəziyyət yarada bilmədi. Nəticədə xarici təhlükə unudulmuş, daxili çəkişmələr alovlanmış, hakimiyyət uğrunda açıq mübarizə başlanmışdı.

Məlumdur ki, 1991-1993- illərdəki siyasi çəkişmələr nəticəsində biz nələri itirmişik. Lakin 1993- il iyunun 15- xalqın təkidli xahişi ilə dünya siyasi səhnəsində öz xüsusi mövqeyi ilə seçilən dahi rəhbər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu itkilər dövlətçiliyimizin itirilməsi ilə nəticələnəcəkdi. Çünki həmin illərdə xaricdə ölkə daxilində qruplaşan xain qüvvələr hakimiyyət kürsüsü uğrunda mübarizədən əl çəkmək fikrində deyildi.

Heç nədən çəkinməyən, hakimiyyət naminə soydaşlarının qanına susayan bu məkrli qüvvələrin yolunda yeganə maneə ulu öndər Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev qüdrəti idi. Məhz buna görə öz xarici himayədarlarının diktəsi ilə hərəkət edən daxili ünsürlər 1994- ilin sentyabrında Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri vaxtını əlverişli məqam hesab edərək MTN-in təcridxanasından dövlət cinayətlərində təqsirli bilinən 4 nəfərin qaçmasını təşkil etmişlər. Bununla yanaşı, məhz həmin dövrdə Respublika Ali Soveti sədrinin birinci müavini Afiyəddin Cəlilov Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov amansızcasına qətlə yetirilmişdi. Bu qanlı hadisələrin baş verdiyi vaxt Azərbaycan tarixində ilk dəfə olaraq dövlətimizin başçısı Birləşmiş Millətlər Təşkilatının sessiyasında çıxış edirdi. Bu qanlı terror aktları müəlliflərinin niyyətinin əksinə olaraq ümummilli lider Heydər Əliyevin iradəsini qırmaq mümkün olmadı, onlar ulu öndərin dövlət quruculuğu istiqamətində gördüyü tarixi işləri məcrasından çıxara bilmədi.

Bu qüvvələr Heydər Əliyev Azərbaycan üçün xüsusi əhəmiyyətə malik həmin mühüm səfərdən Vətənə qayıtdıqdan sonra da sakitləşmədi. Rövşən Mahir Cavadov qardaşlarına tabe olan Xüsusi Təyinatlı Polis Dəstəsi dövlətçiliyimizə qarşı açıq təxribata əl atmış, Respublika prokurorluğuna basqın edilmiş, Baş prokuror fiziki təzyiqlərə təhqirlərə məruz qalmışdı.

Cavadov qardaşları dövlət orqanlarını iflic vəziyyətinə salıb onları ələ keçirmək niyyətində olduqlarını gizlətmirdilər. Onlar ultimatum şəklində dövlət qarşısında öz tələblərini irəli sürmək niyyətində idilər. Hadisələri yaxından izləyən tam nəzarətdə saxlayan ulu öndər Heydər Əliyev yalnız ona xas olan səbir, müdriklik təmkinlə vəziyyətdən qansız-qadasız çıxmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyə başladı. Bütün siyasi partiyalarla görüşüb, onlarla məsləhətləşmələr apardı. Bu müdrik addımlar öz nəticəsini verdi Cavadov qardaşlarının qanlı əməllərinin qarşısını almaq qismən olsa mümkün oldu. Ulu öndərin vəziyyəti nizamlaması gərginliyi azaltmağa nail olması bir çox xarici daxili düşmənlərə rahatlıq vermədi. Sabotaj, qətl, dövlət çevrilişi cəhdləri davam etdirildi.

Həmin ilin oktyabrında bu nailiyyətlə barışa bilməyən qüvvələr dövlət çevrilişinə cəhd göstərsələr , ümummilli lider Heydər Əliyevin qətiyyəti qarşısında geri çəkildilər. Məlum oldu ki, bu xəyanətkar qüvvələr gizlənib yeni fürsət gözləyirdilər. Bu qüvvələr, eləcə həmin antidövlət kampaniyasında fəal iştirak edən Xüsusi Təyinatlı Polis Dəstəsinin rəhbərliyi 1995-ci ilin martında yenidən öz çirkin planlarını həyata keçirməyə başladılar. Bütün işlər Mahir Rövşən Cavadov qardaşları vasitəsilə icra olunurdu. Bu dəfə planlar artıq dəyişmişdi. Xüsusi Təyinatlı Polis Dəstəsi bölgələrdə öz təxribat işlərini aparmağa başladı.

1995-ci il martın 12-dən 13- keçən gecə başçılarının əmri ilə hərəkətə keçmiş xüsusi təyinatlı maskalı polislər 200-300 nəfərlik silahlı, 2 zirehli transportyor 2 tankla Qazax rayon polis şöbəsinə basqın etdilər. İdarəyə məxsus 217 pulemyot, 217 tapança, 18 qumbaraatan digər hərbi texnika götürüldü. Üsyançılar poçtu, polis idarəsini rayon icra hakimiyyətinin inzibati binasını ələ keçirdilər. Həmin gün səhər saatlarında 100-ə yaxın silahlı zirehli texnikanın köməyi ilə Ağstafa rayon polis şöbəsinə basqın edərək rayon polis şöbəsinə məxsus 35 avtomat, 52 tapança, 2 qumbaraatan, 1 avtomat digər texnika ələ keçirildi. Onlar, həmçinin idarənin əməkdaşlarına ödənilməsi nəzərdə tutulan 6 milyon manat, "QAZ-24" markalı xidməti avtomobili ələ keçirdilər. "VAZ" markalı xidməti avtomobil yararsız hala salınmış, polisin inzibati binası dağıdılmış, müvəqqəti saxlama təcridxanasında saxlanılan 14 məhbus azadlığa buraxılmışdı.

1995-ci ilin 13-14 mart hadisələri bir daha sübut etdi ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri bilavasitə öz vəzifələrinə məhəl qoymadan mafioz cinayətkar qruplarla əlaqəyə girərək cinayət əməlləri törətmişdilər. Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılarkən əsas vəzifə erməni separatçı hərəkatının qarşısını almaq, əraziləri vətəndaşların təhlükəsizliyini zorakılıqdan qorumaq idi. Təəssüf ki, xaricdən maliyyələşən düşmənlərlə mübarizə aparmaq üçün hazırlanmış, yaxşı təlim keçmiş silahlı şəxslər silahlarını öz xalqına hökumətlərinə qarşı çevirdilər. Onların əsas məqsədi hakimiyyəti qanunsuz olaraq ələ keçirmək onu devirmək idi.

Martın 16-dan 17- keçən gecə Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsinin qərargahı yaxınlığında başlayan atışmada döyüşçülər cəbhəyanı ərazilərdə erməni işğalçılarına qarşı çiyin-çiyinə döyüşən soydaşları ilə üz-üzə dayanmışdılar. Bu, Azərbaycan üçün faciəvi mənzərə idi. Azərbaycan torpaqları düşmənlər tərəfindən işğal olunduğu bir vaxtda paytaxtda hakimiyyətə can atan bir qrup şəxs dövlətçiliyimizə qəsd etdi. Cavadov qardaşlarının hakimiyyəti qanunsuz yolla ələ keçirmək cəhdi nəticəsində ölkədə qardaş qanı axıdıldı. Bütün bunlara baxmayaraq, böyük dövlət xadimi, dünya səviyyəli siyasətçi ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycan bu sınaqdan çıxa bildi, xalq-iqtidar birliyi öz gücünü göstərdi. Azərbaycan xalqı öz müdrikliyini, milli həmrəyliyini, dövlətçiliyinə hörmətini bir daha dünyaya nümayiş etdirdi, Azərbaycan Respublikasının demokratik, konstitusiya qanunları olan ölkə olduğunu bir daha təsdiqlədi.

1995-ci ilin mart hadisələrinin qarşısı alındıqdan sonra Azərbaycan xalqı bir daha dərk etdi ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı həm xalqın, həm dövlətçiliyin gələcəyini qorumasına xidmət edir. Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti qətiyyəti suverenliyimizə, dövlətçiliyimizə yönəlmiş qəsd cəhdinin qarşısını almağa imkan verdi. Bu, xalqımızda işıqlı gələcəyə böyük inam ümidləri daha da möhkəmləndirdi, respublikamızın müstəqilliyini dönməz, xalq-iqtidar birliyini isə sarsılmaz etdi.

Emin QASIMOV,

"Respublika".