Azərbaycan dünya miqyasında mühüm aktora çevrilib
Siyasət

Azərbaycan dünya miqyasında mühüm aktora çevrilib

Azərbaycan Respublikası iqtisadiyyatının son illərdə daha da güclənməsi ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun kifayət qədər artmasına səbəb olmuşdur. Bu gün dövlətimiz iqtisadi siyasi müstəqilliyə sahib olmaqla Avrasiya materikinin ən aparıcı ölkələrindən biridir. Son illərdə Avropada baş verən təlatümlər Azərbaycanın önəmini artıraraq siyasi iqtisadi proseslərin fəal əsas iştirakçısına çevirmişdir. Ölkəmizi xarici güclərin gözündə maraqlı edən səbəblərdən biri , heç bir hərbi alyansa daxil olmaması, balanslaşdırılmış siyasət yürütməsi, strateji tərəfdaş olduğu dövlətlərlə sadiqlik prinsipinə əsaslanaraq əməkdaşlığı etibarlı etməsidir.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan geopolitik cəhətdən mürəkkəb bir ərazidə yerləşir güc mərkəzlərinin Cənubi Qafqazda möhkəmlənməsi onların əsas prioritetidir. Bu məqamda hər hansı hegemon ölkənin təsirinə düşməmək, müstəqil siyasət yürütmək üçün xüsusi diplomatik bacarıq özünü daha çox büruzə verir. Ötən əsrin 90- illərində bu sahədə sıxıntılar yaşasaq da, çox keçmədən xalqımızın iradəsini ortaya qoyaraq Ümummilli lider Heydər Əliyevi hakimiyyətə gətirməsi ardınca Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki zəngin təcrübəsi Azərbaycanın regionda lider dövlətə çevrilməsində əsaslı rol oynamışdır.

70 ildən sonra bərpa etdiyimiz müstəqillik Azərbaycanın dünyaya yenidən inteqrasiyasına, beynəlxalq təşkilatlarla qarşılıqlı dialoqların qurulmasında əsaslı amil olub. BMT, NATO, ATƏT, İƏT, Avropa İttifaqı kimi nüfuzlu təşkilatların üzv ya tərəfdaşı olması cəmi 31 yaşı olan dövlətin siyasi proseslərin mərkəzinə cəlb olunmasına xüsusi töhfələr verib. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayıb.

Bundan başqa, Azərbaycanın təkcə üzv olduğu istər regional, istərsə beynəlxalq təşkilatların toplantılarına dəvət alması həm dövlətimizin, həm ölkə başçısının şəxsi nüfuzundan xəbər verir. İyunun 1- Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak etməyimiz məhz həmin amillərin nəticəsidir. Bundan öncə Avropa Siyasi Birliyinin 1-ci Zirvə toplantısı 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilmişdi. Toplantıda 27-si - üzv ölkə olmaqla, ümumilikdə 44, Şərq Tərəfdaşlığı regionundan 5 ölkə (Belarus istisna olmaqla), o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Qərbi Balkan regionundan Serbiya, Monteneqro, Bosniya Herseqovina, Kosovo, Şimali Makedoniya Albaniya, habelə qitənin digər ölkələri - Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn Türkiyənin dövlət hökumət başçıları iştirak ediblər. Ardıcıl olaraq Zirvə toplantısında iştirak -nin Azərbaycanı etibarlı perspektivli tərəfdaş kimi qəbul etdiyini, ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğunu yenidən təsdiqləyir. Sammitdə iştirak edən liderlər sülh təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi Avropada ölkələrarası əlaqənin gücləndirilməsi mövzularında müzakirələr aparıblar. Həmçinin Moldovanın Paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib. Müsbət səmərəli atmosferdə keçən görüşdə razılaşmaya əsasən iyulda üçtərəfli görüşlərin növbəti mərhələsinin Brüsseldə keçirilməsi təsdiqlənib. Deyə bilərik ki, Avropa İttifaqının iki ölkə arasındakı münasibətləri tənzimləmək cəhdləri, həmçinin bu platformada keçirilən üçtərəfli görüşdə Azərbaycanın ərazi bütövlüyünün tanınması İttifaqla aramızda olan iqtisadi tərəfdaşlıqda müsbət rol oynayır. Bu gün Azərbaycan -nin üçdəbiri ilə strateji müttəfiqdir. Avropanın Cənubi Qafqazda ən çox ticarət dövriyyəsi dövlətimizin payına düşür.

Mayın 25- daha bir önəmli tədbirə dəvət alan dövlətimizin başçısı bu dəfə Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinin (AİB) üzv dövləti olmasa da, mütəmadi olaraq MDB sammitlərində üzv dövlətlərlə, ikitərəfli çoxtərəfli əməkdaşlıq edir. Ermənistan istisna olmaqla AİB-ə daxil olan ölkələrlə iqtisadi münasibətlər isti xarakter daşıyır. Ölkə başçısı çıxışında qeyd etdi ki, Azərbaycanın 2022-ci ildə AİB ilə əmtəə dövriyyəsi 31 faiz artıb 4,7 milyard dollar olub. 2023- ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb Ötən il AİB-ə üzv ölkələrin Azərbaycanın xarici dövriyyəsində payı 9 faizə yaxın olub. Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Mərkəzi Asiya dövlətləri ilə orta dəhliz enerji daşımalarının həyata keçirilməsində xüsusi önəm daşıyır.

Azərbaycanı regionda lider ölkəyə çevirən digər bir amil nəqliyyat sahəsində zəngin potensiala sahib olmasıdır. Ölkəmiz Xəzərdə ən çox yük donanmasına hava nəqliyyatında ən çox yükdaşımaya malikdir. Hər şeydən öncə, vurğulamaq lazımdır ki, Azərbaycan beynəlxalq regional səviyyədə hüquq ilə tənzimlənən münasibətlərə hörmətlə yanaşır. Üzərinə düşən öhdəliklərə dəqiqliklə əməl edir. Bu da ölkəmizi beynəlxalq siyasi iqtisadi proseslərin iştirakçısı kimi cəlbedici edir.

Musa BAĞIRLI,

"Respublika".