Azərbaycan-Gürcüstan etibarlı tərəfdaşdırlar
Siyasət

Azərbaycan-Gürcüstan etibarlı tərəfdaşdırlar

Dünya ölkələrinin müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıqları həm dövlətlər arasında əlaqələrin genişlənməsinə, həm bu münasibətlərin davamlı olmasına mühüm töhfələr verir. Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim nümunə olmuşdur. Ölkəmizin bir çox layihələrdə ortaqlıq etdiyi qonşularından biri Gürcüstandır.

İki dövlət arasındakı əlaqələr möhkəm təməllər üzərində qurulmuş, Azərbaycan Gürcüstan arasında imzalanmış sənədlər əməkdaşlığı yeni mərhələlərə daşımışdır. Şimal-qərb qonşumuz ilə əlaqələrin tarixi 1992-ci illərə təsadüf edir. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996- ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əsaslı zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə iki dövlət arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Gürcüstanla ölkəmiz arasındakı münasibətlər mükəmməl hüquqi bazaya malik olmaqla yanaşı, siyasi, iqtisadi sosial-humanitar sahələri özündə birləşdirir. Gürcüstan, həmçinin regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.

Şimal-qərb qonşumuzla əlaqələr özünü iqtisadi sahədə daha çox büruzə verir. İlk olaraq iki ölkəni bir-birinə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM digər qurumlar çərçivəsində əməkdaşlıqlar da mühüm əhəmiyyət kəsb edir. Əlaqələrin genişlənməsində 1998-ci ildə baş tutmuş tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın da özünəməxsus rolu olmuşdur. Bununla yanaşı, 1999-cu il aprelin 17- Bakı-Supsa neft kəmərinin işə salınması iqtisadi sahədəki irəliləyişlərə təkan verdi.

Ən vacib məqamlardan biri isə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi fəaliyyətə başlaması idi. Belə ki, 2005-ci ilin may ayında sözügedən neft kəmərinin Azərbaycan, oktyabrın 12- isə Gürcüstan hissəsi istifadəyə verilmişdir. Bu kəmər vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli Şahdəniz yataqlarından Türkiyənin Ceyhan limanına, oradan isə Aralıq dənizi vasitəsilə Avropa bazarlarına neft nəql edilməkdədir. BTC boru kəməri, regiondan hasil edilən nefti dünya bazarlarına çatdırmağa imkan verməklə yanaşı, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafına da zəmin yaratmışdır. Kəmərin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycanın, 249 kilometri Gürcüstanın, 1076 kilometri isə Türkiyənin ərazisindən keçir. Boru xəttinin diametri Azərbaycan Türkiyə daxilində 42 düym, Gürcüstanda isə 46 düymdür.

Azərbaycan, həmçinin Gürcüstana ən çox investisiya yatıran ölkələr sırasındadır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) timsalında dövlətimiz Gürcüstana 1.5 milyard ABŞ dollarından çox sərmayə yatırmışdır. Əlavə olaraq, SOCAR Gürcüstanın ən böyük vergi ödəyicilərindən biri hesab olunur. Şirkət şimal-qərb qonşumuzun sosial sahə üzrə layihələrinə təkcə 100 milyon ABŞ dolları dəyərində yatırımlar etmişdir. Bu addımlar iki ölkə arasındakı strateji əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratmışdır. Prezident İlham Əliyevin ötən ilin oktyabr ayında Gürcüstana səfəri zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləmişdir: "Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik".

Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir sıra siyasi məsələlərdə özünü göstərir. Məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü məhz hərbi gücünün hesabına bərpa etdiyi dövrdə bir sıra dövlətlər ölkəmizə dəstəyini nümayiş etdirmişdir. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı Gürcüstanın Azərbaycanın yanında olması, xain Ermənistana silah daşınmasında tranzit ölkə olmaqdan imtina etməsi Gürcüstanın qonşuluq vəzifəsini yüksək səviyyədə icrasından xəbər verir. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan etmişdir.

İki ölkə arasında təhsil sahəsində mühüm irəliləyişlər mövcuddur. Bu istiqamətdə imzalanan sazişlər ölkələrdəki intellektual səviyyənin tərəqqisinə mühüm töhfə vermişdir. Bundan başqa, 2022-ci il fevralın 21- Azərbaycanın Gürüstanın Elm Təhsil Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında saziş münasibətləri yeni mərhələyə yüksəltmişdir.

 Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələri daha da möhkəmləndirən səbəblərdən biri həyata keçirilən rəsmi səfərlərdir. Xatırladaq ki, aprelin 7- Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana rəsmi səfəri baş tutub. Səfər zamanı Prezident İlham Əliyev İrakli Qaribaşvili arasındakı səmimi münasibətlər iki ölkə arasındakı əlaqələrin möhkəmliyini bir daha təsdiq edib. Ölkə başçımızın Gürcüstanın Baş naziri ilə birlikdə Qəbələ şəhərinə getməsi buradakı nitqi səfərlərin mahiyyətini özündə əks etdirmişdir: "Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay bundan əvvəl biz Gürcüstanda Sizin qonağınız idik bu gün Siz Azərbaycandasınız. Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün Siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir. Çünki beləliklə, biz həm Gürcüstanın, həm Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış oluruq bu, bizim dostluğumuzu daha da gücləndirir. Gürcüstan ilə Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, bizi dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq".

Səfər zamanı Gürcüstan baş nazirinin səmimi sözləri şimal-qərb qonşumuzun Azərbaycana verdiyi dəyərin göstəricisidir: "Bir daha onu qeyd etmək istərdim ki, Azərbaycanla, Azərbaycan xalqı ilə bu sıx dostluq qardaşlıq münasibətləri olduqca önəmlidir. Bizim dostluğumuzun çox qədim tarixi var Azərbaycan təkcə qonşumuz dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır. Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik o layihələr bizim xalqları, ölkələri daha da sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq əminəm ki, bundan sonrakı uzun illərdə bu, belə olacaqdır".

Əminik ki, iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da inkişaf edəcək müxtəlif sahələrdə yeniliklərə imza atılacaqdır.

Nəzrin ELDARQIZI,

"Respublika".