“Azərbaycan Hava Yolları
Digər xəbərlər

“Azərbaycan Hava Yolları" A320neo ailəsinə aid 12 təyyarə sifariş edib

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) A320neo A321neo laynerləri daxil olmaqla A320neo ailəsinə aid 12 "Airbus" təyyarəsi sifariş verib.

Müqavilənin imzalanma mərasimi aprelin 6-da Bakıda baş tutub. Yeni təyyarələr aviaşirkətin səmərəliliyini rəqabət qabiliyyətini artırmağa parkda olan bütün hava gəmilərində sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verəcək. Bu amillər müasir qənaətcil təyyarələrin istismarına yönəlmiş AZAL-ın donanmasının yenilənməsi strategiyasının bir hissəsidir. Mühərriklərin seçimi aviaşirkət tərəfindən daha sonrakı mərhələdə baş tutacaq.

"Biz donanmamızın modernləşdirilməsi proqramı üzrə "Airbus" ilə qarşılıqlı faydalı əməkdaşlığımızı davam etdirməkdən məmnunuq ikitərəfli tərəfdaşlığımızı gücləndirmək niyyətindəyik. İmzalanmış müqavilə sərnişinlərimizə ən müasir komfortlu dar gövdəli təyyarələri ilə səyahət təmin edəcək", - deyə AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev bildirib.

"Airbus" Beynəlxalq Departamentinin rəhbəri baş kommersiya direktoru Kristian Şerer vurğulayıb ki, bu sifariş "Airbus" "Azərbaycan Hava Yolları" arasında məhsuldar əməkdaşlıqda mühüm mərhələdir. A320neo ailəsi öz donanması üçün sərfəli həllər axtaran aviaşirkətlər üçün ən yaxşı seçim olaraq qalır. Bu sifariş müştərilərimizin A320neo təyyarəsinin performansına etibarlılığına inamının sübutudur. Əminik ki, bu qərar "Azərbaycan Hava Yolları"nın uzunmüddətli perspektivdə davamlı inkişafına töhfə verəcəkdir.

Qeyd edək ki, hazırda AZAL-ın donanmasına 14 "Airbus" təyyarəsi - 4 ədəd A319ceo, 6 ədəd A320ceo, 2 ədəd A340 ilin əvvəlindən 3 yeni nəsil A320neo təyyarəsi daxildir. Aviaşirkət yerli beynəlxalq marşrut şəbəkəsini inkişaf etdirmək üçün A320neo ailəsinin səmərəli təyyarələrindən istifadə etməyi planlaşdırır. A320neo təyyarələri böyüdülmüş "Sharklets" qanad ucları, CO2 emissiyalarını azaldan ən azı 20 faiz yanacağa qənaət edən yeni nəsil mühərriklər kimi ən son texnologiyalarla təchiz edilib.

A320neo ailəsi 135 müştərinin 8700-dən çox sifarişi ilə dünyada ən populyar hava gəmisi növüdür.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti.