Azərbaycan Hava Yolları  yeni
Digər xəbərlər

Azərbaycan Hava Yolları  yeni "Azal Club" loyallıq proqramını təqdim edir

Azərbaycanın milli aviadaşıyıcısı - AZAL yeni "Azal Club" loyallıq proqramının tətbiqi barədə elan edir. "Azal Club" - pərakəndə satış mağazaları şəbəkəsində alış-veriş zamanı, həmçinin müxtəlif növ xidmət mərkəzlərində bonus millərini toplamağa imkan verən pulsuz virtual loyallıq kartıdır.

Tərəfdaşlar şəbəkəsinə həmçinin məşhur restoranlar, mehmanxanalar, geyim, aksessuar və ətriyyat mağazaları, əyləncə mərkəzləri, "Booking.com", "Rentalcars.com" və s. kimi müxtəlif onlayn saytlardan təkliflər daxildir. Gələcəkdə "Azal Club" tərəfdaşlıq şəbəkəsinin coğrafiyasını genişləndirəcək, buraya "Azərbaycan Hava Yolları"nın müntəzəm reyslər yerinə yetirdiyi şəhər və ölkələrdəki müxtəlif tərəfdaşlar da cəlb ediləcək.

Yeni loyallıq proqramı çərçivəsində toplanan milləri Azərbaycan aviadaşıyıcılarının - AZAL və Buta Airways aviaşirkətlərinin biletlərinə dəyişmək mümkün olacaq.

Bonus millərini aviabiletə dəyişərkən komissiya tutulmayacaq, həmçinin, vergi, yığım tətbiq olunmayacaq və bilet alışı zamanı yerlərlə məhdudlaşmayacaq. "Azal Club" istifadəçiləri qazandıqları bonus millərini tətbiqdə birbaşa AZAL-Miles iştirakçısının hesabına köçürə və ya bonus millərini müxtəlif mal və xidmətlərə dəyişə biləcəklər.

Proqramın tərəfdaş şəbəkəsinə qoşulmaq arzusunda olanları dəvət edirik. Bunun üçün  [email protected] elektron poçtuna ərizə göndərmək lazımdır. "Azal Club" tərəfdaş brendinin davamlı marketinq dəstəyini və irəliləyişini təmin edəcək. Qeyd etmək lazımdır ki, AZAL-Miles proqramının 200 mindən çox istifadəçisi artıq potensial müştəri bazasının bir hissəsidir.

l"Azal Club" mobil əlavəsi vasitəsilə proqramda iştirakçı qismində

lAndroid: https://play.google.com/store/apps/details?id=az.azalclub

lApple iOS: https://apps.apple.com/az/app/azal-club/id1459851221

keçidlərində qeydiyyat mümkündür.

Burada iştirakçılar cari balansı izləyə, həmçinin tərəfdaşların tam siyahısı, onların təqdim etdikləri kampaniyalar və təkliflərlə tanış ola biləcəklər.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti.