Siyasət

"Azərbaycan Hava Yolları"nın dinamik inkişafını dünya reytinqləri də təsdiqləyir

İyunun 2-si ölkəmizdə Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

Avropa Asiyanın qovşağında yerləşən Azərbaycanın mülki aviasiyası çətinliklər, nailiyyətlərlə dolu keşməkeşli yol keçərək özünün bugünkü inkişaf mərhələsinə yüksəlmişdir. Milli mülki aviasiyanın yaranma tarixi ilk uçuşların həyata keçirildiyi XX əsrin əvvəllərinə, 1938-ci il iyunun 2- təsadüf edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə 7 aprel 1992-ci ildə milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" Dövlət Konserninin (AZAL) yaradılması ilə aviasiya sənayesinin inkişafı, o cümlədən müasir standartlara tam cavab verməsi istiqamətində böyük işlərə imza atıldı. Azərbaycan aviasiya infrastrukturuna böyük sərmayələr yatırmaqla müasir hava limanları, geniş daxili beynəlxalq hava marşrutları şəbəkəsi yaratdı.

Aviaşirkətin baza hava limanı, əsas giriş qapısı Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" konsaltinq şirkəti tərəfindən ən yüksək "5 ulduz"la təltif edilib. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq Asiya ölkələrinə sərnişin daşımalarında yüksək səviyyəli xidmətlər təklif etməklə uçuş imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır. Bundan əlavə, ölkənin bu sahədə müxtəlif dövlətlərlə müqavilələri sərnişin yükdaşımalarının həcmini trayektoriyasını genişləndirmişdir. Həmçinin müasir hava gəmiləri parkına sahib olan, təhlükəsizliyə müştəri məmnuniyyətinə böyük önəm verən aviaşirkətin beynəlxalq alyans tərəfdaşlıqlarda iştirakı "Azərbaycan Hava Yolları"na böyük nüfuz qazandırmışdır.

Strateji mövqedə yerləşməsi ölkəmizin regionda həm mühüm aviasiya mərkəzi kimi çıxış etməsinə imkan yaradır. Bu baxımdan Azərbaycan regional əməkdaşlığı inkişaf etdirmək, qonşu xalqlarla əlaqələri daha da möhkəmləndirmək, turizm ticarəti təşviq etməkdə səy göstərir. Tarixi İpək Yolu boyunca hava əlaqələrinin gücləndirilməsinə yönəlmiş "İpək küləyi" layihəsi kimi təşəbbüslər Azərbaycanın regional aviasiya iqtisadi inteqrasiyada rolunu gücləndirib.

AZAL qabaqcıl naviqasiya sistemlərinin, müasir təyyarələrə texniki qulluq təcrübələrinin sərnişinlərin rahatlığı üçün rəqəmsal həllərin tətbiqi nəticəsində əməliyyat səmərəliliyini təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Ötən ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısı Aktau, Daşkənd, Səmərqənd, Ürgənc, Fərqanə, Əmman, Praqa, Sian digər şəhərlərə uçuşlar həyata keçirməyə başlamış, Rusiya Türkiyə istiqamətlərində yerinə yetirilən uçuşların tezliyi artırılmışdır. Perspektivdə 36 istiqamətdə həyata keçirilən uçuşların sayının cari ildə 62- çatdırılması planlaşdırılır. Artıq bu ilin mart ayından AZAL tərəfindən Almatı, Astana, Volqoqrad, Surqut, Samara, Yekaterinburq Novosibirsk şəhərlərinə reyslərin həyata keçirilməsinə başlanılıb. Barselona, Vyana Parisə uçuşlar reallaşdırılır. AZAL marşrut şəbəkəsini genişləndirməklə uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyir.

Aviasiya əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas prioritetdir. Belə ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) kimi təşkilatlar tərəfindən təhlükəsizlik qaydalarının tətbiqi nəticəsində müəyyən edilmiş beynəlxalq standartlara riayət edilir, davamlı təlim proqramları, ciddi yoxlamalar beynəlxalq tərəfdaşlarla əməkdaşlıq vasitəsilə Azərbaycan sərnişin daşımalarında həm yüksək təhlükəsizlik standartlarını qoruyur.

AZAL-ın təhlükəsizliyinin təminatında "Azəraeronaviqasiya" Hava Hərəkətinə Nəzarət İdarəsinin (AZANS) xüsusi rolu var. Ötən il AZANS "CANSO Global Safety Achievement" nominasiyasında qalib gələrək, dünyada aeronaviqasiya xidmətlərinin Top-5 ən etibarlı təchizatçıları siyahısında yer alıb. Həmçinin, 2022-ci ildə növbəti dəfə IOSA-nın (Beynəlxalq İstismar Təhlükəsizliyinin Audit Proqramı) əməliyyat təhlükəsizliyi auditindən uğurla keçməsi "Azərbaycan Hava Yolları"nın ciddi beynəlxalq mülki aviasiya təhlükəsizliyi tələblərinə cavab verən etibarlı aviaşirkət olduğunun göstəricisidir.

Strateji İnkişaf Planına əsasən Azərbaycan Hava Yolları QSC-nin 2030-cu ilə qədər inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Plana uyğun olaraq köhnə təyyarələrin tədricən istismardan çıxarılması, yeni geniş gövdəli "Boeing 787 Dreamliner" dar gövdəli "Airbus A320 Neo" sinfi hava gəmilərindən ibarət donanmanın formalaşdırılması nəzərdə tutulur. 2023- ilin aprelində AZAL 12 Airbus A320neo ailə təyyarəsinin, o cümlədən A320neo A321neo laynerlərinin tədarükü ilə bağlı müqavilə imzalamış 2028-ci ildən etibarən hər il 4 təyyarənin istismara verilməsi planlaşdırılır.

Yanacağa qənaət edən təyyarələrin alınması, karbon qazı ilə mübarizə proqramlarının həyata keçirilməsi hava limanlarında ekoloji təmiz təcrübələrin tətbiq edilməsi aviasiyanın ətraf mühitə təsiri istiqamətində aparılan əhəmiyyətli işlərin sırasındadır. İnfrastrukturun inkişafına, hava yollarının genişləndirilməsinə aviasiya sənayenin modernləşdirilməsinə xüsusi önəm verilməsi Azərbaycan mülki aviasiyasının davamlı inkişafını şərtləndirir. Eyni zamanda turizm sektorunun inkişafı ölkəmizin beynəlxalq tədbirlərə evsahibliyi etməsi milli aviasiya sənayesi üçün yeni imkanlar təqdim edir. Sərnişin daşınması ilə yanaşı, Azərbaycanın mülki aviasiya sektoru hava yükdaşımaları logistika sahəsində həlledici rol oynayır. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanı qlobal ticarət şəbəkələrinə birləşdirən mühüm yük qovşağı kimi çıxış edir, müasir yükdaşıma qurğuları xüsusi yükdaşıma xidmətləri ilə səmərəli nəqliyyatı asanlaşdırır.

Dünya iqtisadiyyatını iflic vəziyyətinə salan COVID-19 pandemiyası aviasiya sahəsinə ciddi ziyan vurmuş, bu sahədə nəzərəçarpacaq dərəcədə geriləmə müşahidə olunmuşdur. Lakin məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində pandemiyanın fəsadları minimuma endirilmiş, uşuşların sayı demək olar ki, pandemiyadan əvvəlki ilin göstəricələrinə yaxın olmuşdur. Ötən il AZAL tərəfindən 18 mini ölkədaxili reyslər olmaqla 36 min reys yerinə yetirilmişdir ki, bu da ekspertlər tərəfindən yüksək göstərici olaraq qiymətləndirilir. Ümumilikdə 2022-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportuna 36 xarici aviaşirkətin həyata keçirdiyi müntəzəm uçuşlar nəticəsində 2,2 milyon sərnişin daşınmışdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni hava limanlarının tikintisi ölkənin regional əlaqə iqtisadi inkişaf yolunda mühüm mərhələ təşkil edir. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması dirçəldilməsi istiqamətində genişmiqyaslı işlərə başlayıb. İqtisadiyyatın dinamik inkişafının əsas istiqamətlərindən biri yeni hava limanlarının tikilməsidir. Bu gün ölkəmizdə fəaliyyət göstərən 8 beynəlxalq hava limanından ikisi işğaldan azad olunmuş ərazilərdə yerləşir. Bu hava limanları gələcəkdə səmərəli nəqliyyat xidmətləri göstərməklə yanaşı, həm ölkə turizmini ticarət əlaqələrini stimullaşdıracaq. Azərbaycan mülki aviasiya sahəsinə sərmayə qoyaraq onun inkişafını təmin etdikcə, yeni yaradılan hava limanları azad edilmiş ərazilərin gələcəyinin formalaşdırılmasına müsbət təsirini göstərəcək.

Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra Füzuli rayonunu yenidən qurmaq əzminin göstəricisidir. Ən müasir avadanlıq infrastrukturla təchiz edilmiş hava limanı azad edilmiş əraziləri dünyanın bir çox şəhərləri ilə birləşdirən mühüm nəqliyyat qovşağına çevirəcək. Hava limanında çoxsaylı terminallar, böyük təyyarələri qəbul edə bilən uçuş-enmə zolaqları sərnişinlərin təhlükəsizliyini təmin edən qabaqcıl naviqasiya sistemləri mövcuddur.

Zəngilanda Beynəlxalq Hava Limanı regional əlaqəni gücləndirmək ətraf ərazilərdə iqtisadi inkişafı təşviq etmək baxımından böyük əhəmiyyət daşıyır. Geniş uçuş-enmə zolağı tutumu ilə daxili beynəlxalq uçuşları asanlaşdıracaq, turizmi, ticarəti investisiya imkanlarını inkişaf etdirəcək hava limanı sosial-iqtisadi inkişaf üçün katalizator rolunu oynayacaq, biznes sahibkarlara yeni bazarlara asanlıqla çıxış imkanı verəcək.

Eyni zamanda ölkə üzrə 9-cu, işğaldan azad edilmiş ərazilərdə isə 3- aeroport - Laçın Beynəlxalq Hava Limanı da tikilməkdədir. Laçın rayonunun füsunkar mənzərələri arasında yerləşən Laçın Beynəlxalq Hava Limanının strateji yerləşməsi təkcə turizmi deyil, həm yüklərin daşınmasını asanlaşdıracaq, kənd təsərrüfatı sənayenin inkişafına müsbət təsir göstərəcək. Müasir sərnişin yükdaşıma imkanları ilə hava limanı Azərbaycan daxilində qonşu ölkələrlə əlaqəni gücləndirəcək, ticarət mədəni mübadilələri təşviq edəcəkdir. Hava limanı regionun qlobal aviasiya şəbəkəsinə qoşulmasında mühüm rol oynayacaq bununla da iqtisadi inkişafı artıracaq.

Bu il Azərbaycan mülki aviasiyasının 85 illiyi qeyd olunur. Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir. Dünyada ən təhlükəsiz hava yollarından biri olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. AZAL-ın uzun yol qət etmiş dinamik uğurlu inkişafını, genişmiqyaslı xidmətini təkcə sərnişinlərin rəyləri deyil, həmçinin dünya reytinqləri təsdiqləyir.

Mehparə ƏLİYEVA,

"Respublika".