Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri “Texnofest-2021” festivalında iştirak edəcəklər
Digər xəbərlər

Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri “Texnofest-2021” festivalında iştirak edəcəklər

Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən hərbi hava qüvvələrinin iki ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

AZƏRTAC