Azərbaycan ilə Gürcüstan arasında energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
İQTİSADİYYAT

Azərbaycan ilə Gürcüstan arasında energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın energetika naziri Pərviz Şahbazov oktyabrın 7-də Tbilisiyə səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində P.Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

P.Şahbazov onu Tbilisiyə səfərə dəvət etdiyi üçün L.Davitaşviliyə təşəkkür edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanlar barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, iki gün davam edəcək səfər çərçivəsində nazir P.Şahbazov Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

AZƏRTAC