Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Şəmkir rayonunda vətəndaşlarla görüşüb
Digər xəbərlər

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Şəmkir rayonunda vətəndaşlarla görüşüb

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov fevralın 15-də Şəmkir Suvarma Sistemləri İdarəsinin inzibati binasında Şəmkir, Gədəbəy və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə sədr Zaur Mikayılov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nəriman  CAVADOV,

"Respublika".