Azərbaycan Memarlığının şah əsərləri
Mədəniyyət

Azərbaycan Memarlığının şah əsərləri

Şeyx Nizami yurdu ulu Gəncədə onun qədimliyini əks etdirən 500-dən yuxarı tarixi abidə siyahıya alınmışdır ki, bunlardan 300-ə yaxını  dövlət tərəfindən qorunur. VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınanİmamzadəkompleksi Gəncə şəhərinin bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir. “İmamzadəkompleksi Gəncənin memarlıq məktəbinin gözəl nümunəsi, ən qiymətli abidəsi, sözün əsl mənasında tarixin yadigarıdır. Hər bir divarında, daşında bənzərsiz naxışlar, yazılar analoqu olmayan sənət əsəri kimi insanları valeh edir. “İmamzadəəsrlərdən bəri Azərbaycandan, eləcə başqa ölkələrdən gələn insanların ziyarətgahına çevrilmişdir. Bu dini kompleks Gəncənin qədimliyini sübut etməklə yanaşı, onun İslam aləmindəki yerini nüfuzunu da bir daha göstərir

İmamzadətürbəsi XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı məscid, sərdabə digər türbələr isə XVII əsrdə 5-ci imam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üstündə tikilmişdir. Bu faktı məqbərənin günbəzinin daxilindəki yazılar da təsdiqləyir. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi indiyədək qorunub saxlanmışdır. Sonuncu dəfə 1878-1879-cu illərdə general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə bərpa edilmişİmamzadətürbəsi sovet hakimiyyəti illərində baxımsızlıqdan dağılmışdı. Ümummilli lider Heydər Əliyev rəhbərliyi dövründə Azərbaycanda tarixi abidələrin, müqəddəs dini məbədlərin  qorunub saxlanmasına, təmirinə bərpasına xüsusi diqqət göstərmişdir. Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin bütün sahələrində olduğu kimidini münasibətlərin yeni prinsiplər əsasında inkişafı üçün tarixi şərait yarandı. Dini şüurun hüquqi dövlət vətəndaş cəmiyyətinin tələblərinə uyğun olaraq  formalaşdırılması, dini müxtəlifliyin təmin olunması üçün sistemli məqsədyönlü dövlət siyasətinin aparılması zərurəti ortaya çıxdı. Bu vəzifələrin yerinə yetirilməsinə 1993- ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra  başlanıldı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət-din münasibətlərinin hüquqi əsasları öz əksini tapdı. Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində həyata keçirdiyi siyasi kursun layiqli davamçısı, praqmatik dövlət başçısı, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi dünyada dinlərarası dialoqun tolerant dəyərlərin  mövcud olduğu məkan kimi tanıtdı. Onun bariz nümunəsidir ki, dini abidələrin bərpası yenidən tikilməsi üçün olduqca mühüm addımlar atılmışdır. Son illərdə Təzəpir məscidi, Əjdərbəy məscidi dövlət vəsaiti hesabına əsaslı təmir olunub, Bibiheybət məscidi yenidən tikilibdir. Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa olunan abidələrimizdən biri, bütün müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı məscidində yenidənqurma, bərpa işləri aparılmışdır. Bütün bunlar Azərbaycanda din-dövlət münasibətlərinin çox müsbət istiqamətdə inkişaf etdiyini, ən yüksək, nümunəvi səviyyədə olduğunu bir daha təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi iləİmamzadədini kompleksində əsaslı yenidənqurma bərpa işləri aparılmış, dini-tarixi abidəmiz insanların ziyarətgahına çevrilmişdir. Məsciddə hər biri 200 nəfər üçün nəzərdə tutulmuş zallar mövcuddur. Ziyarətgahın üstündə 28 metr hündürlüyündə möhtəşəm günbəz, tikintinin sağ sol hissəsində 2 minarə, kompleksin həyətində isə ziyarətə gələn zəvvarlar üçün yüksək səviyyədə hər bir şəraiti olan müasir üslublu mehmanxana tikilmişdir. Ərazisi 2,5 hektar olan kompleks 36 kiçik 5 böyük günbəzdən ibarətdir. İki zaldan ibarət namazgahda nəfis xəttatlıq işləri görülmüş kaşı materiallarla örtülmüşdür. Zövqlə quraşdırılmış işıqlandırma sistemi diqqəti çəkir. Əraziyə tam asfalt örtüyü salınmış, əzəmətli giriş qapısı qədim ornamentlərlə, naxışlarla bəzədilmiş, bütün tikinti sahəsi kərpiclə, zövqlə hasara alınmışdır. Ümumiyyətlə, ziyarət edənlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramında bu müqəddəs məkana, ziyarətə qurban kəsməyə gələnlərin sayı həddindən çox olur. Bu məqsədlə ziyarətgahda  500 avtomobillik dayanacaq, 1000 nəfərlik ehsangah 200 kvadrat metr sahədə qurbangah inşa edilmişdir.

Gəncənin mərkəzində yerləşən XVII əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas məscidi 1606- ildə yumurta ağı ilə gil-əhəng qatışığı bişmiş qırmızı kərpicdən inşa edilibBu möhtəşəm məbədin memarı Şeyx Bahəddin Məhəmməd Amilidir. 1776- ildə məscid binasının qarşısında əlavə iki minarə tikilib. Kub şəklində olan abidənin böyük günbəzi diqqəti daha çox cəlb edir. Şah Abbas məscidində minbərin üzərində olan oyma bəzəklər şəbəkəçilik sənətinin gözəl nümunələrindən sayılır.

1920-ci ildə bolşeviklər tərəfindən şəhərə düşən mərmilərin təsirindən məscidin minarələrindən biri əyilmiş, həmin il Gəncə Şəhər Xeyriyyə Cəmiyyəti tərəfindən bərpa işləri aparılsa da, əyilmiş minarəni tam bərpa etmək mümkün olmamışdır. Bünövrəsi möhkəm olduğundan əyilmiş minarə günümüzə qədər gəlib çıxmışdır. Sovet hakimiyyətinin apardığı ateist siyasət nəticəsində məscidin mədrəsəsi dağıdılaraq tamamilə məhv edilmişdirGörkəmli ədib Mirzə Şəfi Vazeh uzun müddət bu məscidin mədrəsəsində xəttatlıqdan dərs demiş, burada xalqımızın böyük mütəfəkkiri Mirzə Fətəli Axundov ondan dərs almışdı. Məscidin salonunda möhkəm palıddan hazırlanmış unikal bir incəsənət əsəri, şəbəkə üsulu ilə, bircə mismar belə işlədilmədən hazırlanmış minbərin üzərindəki yazılardan aydın olur ki, yaşı məscidlə təxminən eynidir.

2008-ci ildə Prezident cənab İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən Şah Abbas məscidində əsaslı bərpa işləri aparılmışdır. Bərpa işləri zamanı ibadətgahın qapı-pəncərələri dəyişdirilmiş, şəbəkələr  yenidən işlənmiş, divarlar xüsusi zövqlə rənglənmişdir. 2008-ci il sentyabrın 24- Prezident Şah Abbas məscidinə baş çəkmiş, onun yeni görkəmi ilə tanış olmuş görülən işləri yüksək qiymətləndirmişdir. Şəhər sakinləri Gəncəyə daimi göstərdiyi diqqət qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardırlar. Bəli, ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.  

Zabit XƏLİLOV,

Respublika”.