Azərbaycan Milli Dövlətçilik Partiyasının başqanı Nemət Pənahlıdan
Məktublar

Azərbaycan Milli Dövlətçilik Partiyasının başqanı Nemət Pənahlıdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi 60 illik yubleyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Rəhbərliyiniz altında bir yumruq kimi birləşmiş xalqımızın ikinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə qürur mənbəyimizdir. Bu tarixi Qələbəmiz Sizə haqq etdiyiniz Müzəffər Ali Baş Komandan adını qazandırdı.

Sizə bir dövlət başçısı kimi bundan sonra da bu cür bir-birindən möhtəşəm qələbələr, Qarabağın yenidən qurulmasında uğurlar diləyir, bu yolda uzun ömür və Allahın ən gözəl neməti olan cansağlığı arzulayıram.

Dərin hörmət və ehtiramla, 

Nemət Pənahlı

Azərbaycan Milli Dövlətçilik Partiyasının başqanı