Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası  Prezidentinin Sərəncamı
Sərəncam

Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası  Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Abdullayev Namiq Yədulla oğlu

Bəşirov Yaşar Eyyub oğlu

Morozov Denis Valeryeviç

Musayev Füzuli İsa oğlu

Tağıyev Qurban Vaqif oğlu.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 avqust 2021-ci il