Azərbaycan mötəbər beynəlxalq tədbirlərin ev sahibi kimi
Digər xəbərlər

Azərbaycan mötəbər beynəlxalq tədbirlərin ev sahibi kimi

Türk dünyasını birləşdirən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü 16 mart tarixində baş tutub. Strateji əhəmiyyətə malik olan bu təşkilatın növbəti görüşünün Şuşada keçirilməsi nəzərdə tutulurdu. Lakin qardaş ölkədə baş verən minlərlə insanın ölümü, xəsarət alması ilə nəticələnən zəlzələ səbəbi ilə Prezident İlham Əliyev növbəti görüşün Türkiyədə keçirilməsini təklif etmiş, digər iştirakçı ölkələrin rəhbərliyilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul edilmişdir.

Türkiyənin paytaxtı Ankarada keçirilən görüş "Təbii fəlakət - fövqəladə halların aradan qaldırılması humanitar yardım" mövzusuna həsr olunub. Əsas məqsəd isə Türkiyənin cənub cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma olmaqdır. Görüş zamanı Prezident İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verib hadisədən çox kədərləndiyini bildirib. Prezident Türkiyənin bu çətin günlərdən alnıaçıq şəkildə çıxacağını Azərbaycanın daim qardaş ölkənin yanında olduğunu vurğulayıb: "Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar ona hörmət edirlər. Azərbaycan hökuməti xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib".

Azərbaycanda son bir ayda Bakıda baş tutmuş Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü, daha sonra X Qlobal Bakı Forumu, İslamofobiya konfransı ölkəmizin beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə irəliləməsi imicinin daha da artmasına xidmət edir. Görüşlərin paytaxt Bakıda keçirilməsi isə siyasi gücün nümunəsidir. Azərbaycanın beynəlxalq aləmdə Türk dövlətləri arasında gündən-günə artan nüfuzu göz önündədir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan çox uğurlu xarici siyasət yürüdür. O vurğulayıb kiPrezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ard-arda həyata keçən forumların xüsusi strateji tərəfi var: "TDT-nin Türkiyədəki konfransı böyük əhəmiyyət daşıyır. Burada Azərbaycanın təşkilata enerji dəstəyi xüsusi rol oynayır. Bu gün bu dövlətlərin arasındakı əməkdaşlığın daha da gücləndirilməsinə, möhkəmləndirilməsinə böyük ehtiyac var. Buna əsasən Azərbaycan bu istiqamətdə addımlar atır, səylərini gücləndirir. Hesab edirəm ki, bu, çox önəmli məqam məsələdir. Eyni zamanda X Qlobal Bakı Forumuna Qoşulmama Hərəkatına evsahibliyi etməsi önəmli addımdır. Bu, Azərbaycanın bütövlükdə qlobal təşəbbüsə, dünyanı narahat edən məsələlərə həssas yanaşdığını, problemlərin həllini tapmağa çalışdığını göstərir. Bu gün Azərbaycanda müxtəlif mövzularməsələlər ətrafında geniş müzakirələrfikir mübadilələri aparılır. Bu baxımdan həyata keçən son tədbir görüşlər, forumlar çox önəmlidir. Azərbaycanın bu təşəbbüsləri qlobal problemlərin həllinə öz töhfələrini verəcək".

Töhfə SƏMƏDOVA,

"Respublika".