Azərbaycan Müdafiə Nazirliyi: İranın ittihamı əsassız və tamamilə qəbuledilməzdir
Digər xəbərlər

Azərbaycan Müdafiə Nazirliyi: İranın ittihamı əsassız və tamamilə qəbuledilməzdir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı Kiomərs Heydərinin ölkəmiz əleyhinə səsləndirdiyi çirkin iftira böhtan xarakterli fikirlərlə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, K.Heydəri cəfəng fikirlərində Azərbaycanda guya "sionist" qüvvələrin olması 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini onların hələ ölkə ərazisində olduğunu iddia edir. O, eyni zamanda, Ermənistan ilə sərhəddə dəyişikliklərə İran tərəfindən icazə verilməyəcəyini deyir.

"İlk öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.

K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə, bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır.

Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir dövlətlərin daxili işlərinə qarışmır.

44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək Zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza gülüş doğurur", - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.