“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri
Elm və təhsil

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" jurnalı beynəlxalq məlumat baza təşkilatlarının sertifikatlarını alıb

"Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" elmi-texniki jurnalının baş redaktoru akademik Arif Paşayevin mütəmadi diqqəti nəticəsində jurnal beynəlxalq standartlara cavab verən formatda yenilənir.

AZƏRTAC xəbər verir ki, bu günlərdə jurnalın ölkəmizdə ilk dəfə beynəlxalq məlumat baza təşkilatları - "Scientific Journal Impact Factor" (SJIF) və "Internatiaonal Scientific Indexing" (ISI) tərəfindən beynəlxalq elmi sitatlaşma bazasına yerləşdirilmsi üçün qərar qəbul edilib və yüksək qiymətləndirilərək jurnala müvafiq sertifikatlar verilib. Eyni zamanda, jurnala SJIF tərəfindən 2017-ci il üçün impakt faktor 6.394, 2018-ci il üçün 7.052, 2019-cu il üçün 7.416, 2020-ci il üçün 8.042, 2021-ci il üçün 8.38 və ISI tərəfindən 2020-ci il üçün impakt faktor 1.327 təyin edilib.

Bu yeniliklər jurnalda dərc olunan elmi-texniki məlumatın beynəlxalq arenada paylaşılmasında səmərəliliyi, çevikliyi artıracaq. Eyni zamanda, jurnalın beynəlxalq sitatlaşma reytinqini yüksəldəcək, daha geniş miqyasda informasiya mübadiləsi aparmağa kömək göstərəcək və elmi auditoriyalarda tanınmasında mühüm rol oynayacaq.

AZƏRTAC