Azərbaycan mülki aviasiya sahəsində
Digər xəbərlər

Azərbaycan mülki aviasiya sahəsində "Leonardo" konserni ilə əməkdaşlığı genişləndirir

AZAL prezidenti Cahangir Əsgərov İtaliyanın "Leonardo" konserninin Baş Kommersiya İdarəsinin beynəlxalq marketinq strateji kampaniyalar üzrə baş vitse-prezidenti Marko Burattinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xatırladaq ki, "Leonardo" konserni 2006- ildən AZAL ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində bir çox layihələr, o cümlədən təyyarələrin, helikopterlərin s. tədarükü həyata keçirilib. Son illərin layihələri arasında Azərbaycanın azad edilmiş ərazilərində inşa edilmiş beynəlxalq hava limanlarında naviqasiya sisteminin hava gəmilərinin eniş sisteminin tədarükü mövcuddur.

Görüş çərçivəsində mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri bir sıra aktual məsələlər nəzərdən keçirilib. Belə ki, tərəflər ölkənin işğaldan azad edilmiş ərazilərində tikilmiş beynəlxalq hava limanlarında radiolokasiya stansiyasının, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni avtomatlaşdırılmış baqaj idarəetmə sisteminin təchiz edilməsi, o cümlədən donanmanın "Agusta" tipli helikopterlərlə genişləndirilməsi onlara texniki xidmətin göstərilməsi imkanlarını müzakirə edib.

Cahangir Əsgərov Marko Buratti birgə layihələr təşəbbüslər vasitəsilə səmərəli əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd ediblər. Onlar Azərbaycan mülki aviasiyasının müxtəlif istiqamətlərində tərəfdaşlığın inkişaf aspektləri barədə fikir mübadiləsi aparıb uzunmüddətli tərəfdaşlığa hazır olduqlarını bildiriblər.

İtaliyanın "Leonardo" korporasiyası aviasiya aerokosmik sənayesi üçün innovativ məhsulların geniş çeşidini təklif edir, müdafiə, təhlükəsizlik s. sahələrdə çoxsaylı imkanları təkmilləşdirir. Mütəmadi tədqiqatlar, rəqəmsal istehsal davamlı inkişaf şirkətin fəaliyyətinin təməl daşıdır.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti.