Azərbaycan neft hasilatını artıracaq
İQTİSADİYYAT

Azərbaycan neft hasilatını artıracaq

Gələn il Azərbaycanda 34 milyon 830,3 min ton neftin hasil olunacağı proqnozlaşdırılır ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,71% çoxdur. Bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əks olunub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə 34 milyon 585,4 min ton neft hasil edilib. Verilən proqnoza əsasən, 2023-cü ildə respublikada neft hasilatının artması davam edəcək və 35 752,7 min ton təşkil edəcək.

Buna baxmayaraq, 2024-2025-ci illərdə Azərbaycanda neftin istehsalı üzrə azalma müşahidə olunacağı ehtimal edilir. Belə ki, 2024-cü və 2025-ci illərdə sözügedən göstərici müvafiq olaraq 35 672 min ton və 34 707,6 min ton təşkil edəcək.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.