Azərbaycan nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramı Assambleyasının sessiyasında iştirak edir
Siyasət

Azərbaycan nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramı Assambleyasının sessiyasında iştirak edir

Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən İkinci sessiyasında iştirak edir.

Komitənin mətbuat xidmətindən bildirilib ki, iyunun 5-dən 9-dək keçiriləcək sessiyanın əsas mövzusu "İnklüziv effektiv çoxtərəfli yanaşma vasitəsilə davamlı şəhər gələcəyi: qlobal böhranlar şəraitində davamlı inkişaf məqsədlərinə nail olmaq"dır.

 

Mustafa KAMAL,

Respublika”.