Azərbaycan Ombudsmanı: Təzminat tələbinin təmin olunmasında bu hesabatların çox böyük əhəmiyyəti var
MÜSAHİBƏLƏR

Azərbaycan Ombudsmanı: Təzminat tələbinin təmin olunmasında bu hesabatların çox böyük əhəmiyyəti var

Bu gün biz İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının faktaraşdırıcı missiyasını Ağdam şəhərində keçiririk. Ağdam ölkəmizin ən gözəl, ən müasir şəhərlərindən biri idi. Bu gün gördüyümüz Ağdam isə yerlə-yeksan olunmuş, dağıntılara məruz qalmış bir şəhərdir.

Bunu sentyabrın 17-də Ağdamda səfərdə olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında söyləyib.

“Xarici müşahidəçilər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Bu, təsadüf yox, obyektiv bir ifadədir. Hər şey göz qarşısındadır. Burada törədilən vəhşiliklər bir daha göstərir ki, Ermənistan xalqımıza, dövlətimizə, ölkəmizə qarşı vandalizm aktları həyata keçirib, mədəni irsimizi məhv ediblər. Topladığımız faktlar gələcəkdə beynəlxalq hüquq müstəvisində müvafiq məhkəmə proseslərində sübut qismində təqdim olunacaq. Dünya praktikasına əsasən, təzminat tələbi irəli sürülür və təzminat tələbinin təmin olunmasında bu hesabatların çox böyük əhəmiyyəti var”, - deyə Səbinə Əliyeva əlavə edib.

AZƏRTAC