Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında
Siyasət

Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında

Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən qabaqcıl orduları sırasında olmasına əsas səbəb ilk növbədə, dövlət başçısının bu sahəni diqqət mərkəzində saxlamasıdır. Əsası Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulan Azərbaycan Ordusu 1920-ci ildə AXC-nin tənəzzülə uğraması ilə öz fəaliyyətini sonlandırıb 70 il sonra 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə yeni inkişaf yoluna qədəm qoyub. Lakin bu, o qədər asan başa gəlmədi.

Müstəqilliyin ilk illərində formalaşmamış Azərbaycan Ordusu ağır imtahan ilə üz-üzə qalır. Maddi-texniki bazasının düşmənlə müqayisədə çox zəif olmasına baxmayaraq, ölkənin ərazi bütövlüyünü qorumaq üçün sinələrini sipər etsələr düşmənin qarşısını kəsə bilmir nəticədə 20 faiz torpaqlarımız ermənilər tərəfindən zəbt olunur. Tarixi ədaləti bərpa etmək üçün Azərbaycana 30 il vaxt lazım olacaqdı

Azərbaycanın ordu quruculuğundan gücündən danışılırsa, ulu öndər Heydər Əliyevin bu sahədə xidmətləri xüsusi qeyd edilməlidir. Ümummilli lider Heydər Əliyev daim xalqına arxalanaraq zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəetmə bacarığına söykənərək qətiyyətli, müdrik qərarlar qəbul etmiş, Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirmiş, ölkəmizin xalqımızın milli maraqlarına cavab verən nizami ordu yaratmışdır. Lakin buna qədər Azərbaycan Silahlı Qüvvələrində orduya dövlət rəhbərliyi təmin edilməmişdi. Bununla yanaşı, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramının olmaması dövlət ordunu bir-birindən ayrı salmışdı. Həmçinin əsgərlər siyasi işlərə cəlb edilmiş, ordu daxilində siyasi mənsubiyyətə məqsədlərə görə parçalanma yaranmışdı. Azərbaycan Silahlı Qüvvələri daxilində xaos, özbaşınalıq, qanunsuzluqlar baş alıb gedirdi. Hərbi arsenalının, sovet ordusundan miras qalmış hərbi əmlakın böyük bir hissəsi Ermənistan ilə aparılan müharibə nəticəsində məhv olmuşdu. Hərbi xidmətə çağırış özbaşına olmaqla bərabər, döyüş qabiliyyəti zəruri tələblərə cavab vermir orduya vahid komandanlıq rəhbərlik etmirdi. Bütün bu problemləri aradan qaldırmaq 90- illərin Azərbaycanı üçün çox çətin idi. İlk növbədə Ermənistan ilə aparılan müharibəni müvəqqəti olaraq dayandırmağa ehtiyac yaranırdı. Daha sonra isə MDB məkanında ən axırıncı sırada qərarlaşan iqtisadiyyatı ayağa qaldırmaq lazım idi ki, bununla da ölkə maliyyə axınları gəlsin ordu müasir silah-sursatla təmin olunsun. Ulu öndər Heydər Əliyev itirilmiş torpaqların ərazi genişliyinin qarşısını almaq orduda islahatların aparılması məqsədilə 1994- ildə atəşkəsin əldə edilməsinə nail oldu. Həm eyni ildə "Əsrin müqaviləsi"nin imzalanması 2016, 2018 2020-ci illərdə nəticəsini verdi. 2003- ildən Ali Baş Komandan vəzifəsini icra edən İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən inkişaf etmiş ordusu sıralarına çıxardı. Məhz onun Ali Baş Komandan olduğu dövrlərdə Azərbaycan 200 ildən çox bir dövrdə ilk dəfə genişmiqyaslı tarixi qələbələr qazandı. 2016- ildə Aprel döyüşləri qazanılan böyük zəfərlərin başlanğıcı oldu. Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın məğlubedilməz olmadığını göstərdi özünə xalq tərəfindən böyük inam qazandı. Ali Baş Komandan demişdir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".

Daha bir qələbə 2018-ci il mayın 20-dən 27- qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatının qarşısı alınarkən qazanıldı. Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçdi. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad edildi.

Azərbaycan Ordusunun əldə etdiyi ən böyük uğur 2020-ci ildə düşmən işğalına son qoyan parlaq qələbə olub. Azərbaycan əsgərləri 44 gün ərzində tarixi ədaləti bərpa etdi. Bu qələbə sayəsində Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qubadlı, Şuşa Hadrut qəsəbəsi düşmən işğalından azad olundu.

Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Türkiyə, İsrail, Pakistan Rusiya başda olmaqla hərbi-texniki təchizatın möhkəmləndirilməsi məqsədilə yeni müqavilələr imzalanır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi qəbul olunur ilk 57 ölkə arasında yer alır.

M.BAĞIRLI,

"Respublika".