Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının yekunlarına dair Protokol imzalanıb
Siyasət

Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının yekunlarına dair Protokol imzalanıb

Bakıda Azərbaycan Respublikası Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilib.

İclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstan Baş nazirinin müavini - ticarət inteqrasiya naziri Serik Jumanqarin arasında ikitərəfli görüş olub, iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti yeni əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Komissiyanın iclasında Qazaxıstan Azərbaycan arasında yüksək səviyyədə olan siyasi münasibətlərin ticari-iqtisadi tərəfdaşlığın inkişafı ilə möhkəmləndirilməsi istiqamətində atılan addımlar dəyərləndirilib.

Energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin siyasi iradələri sayəsində ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir. İki ölkə arasında strateji münasibətlərin möhkəmləndirilməsi müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması bunun parlaq təzahürüdür. Bildirilib ki, 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 400 min ABŞ dolları təşkil edib. Bu göstəricilərin 2022-2026- illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın icrası ilə daha da yüksələcəyinə inam ifadə edilib.

Nazir energetika sahəsində əməkdaşlığın inkişafından danışarkən deyib: "Ötən il SOCAR "KazMunayQaz" şirkətləri arasında ildə 1,5 milyon ton Qazaxıstan mənşəli neftin nəqlinə dair imzalanmış 5 illik müqavilə enerji əməkdaşlığımızda mühüm irəliləyişdir. Cari ilin martından Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qazaxıstanın "Tengiz" yatağından hasil edilən neftin nəqlinə başlanılıb. Aprel ayında BTC ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırılır".

İclasda hər iki ölkənin "yaşıl enerji" keçid sahəsində ciddi səylər göstərdiyi vurğulanaraq, bərpa olunan enerji enerji səmərəliliyi kimi sahələrdə Qazaxıstan şirkətləri ilə əməkdaşlıq niyyətləri ifadə olunub. Həmçinin nəqliyyat-logistika əlaqələrinin inkişafı, Çindən, Mərkəzi Asiya ölkələrindən Avropaya əks istiqamətdə yük axınları məqsədilə ölkələrimizin tranzit potensialının artırılması üçün birgə fəaliyyətin əhəmiyyətindən danışılıb.

Qazaxıstanın Baş nazirinin müavini - ticarət inteqrasiya naziri Serik Jumanqarin isə çıxışında deyib: "Azərbaycan Qazaxıstanın Cənubi Qafqazda əsas perspektivli ticarət-iqtisadi tərəfdaşıdır. Bu gün ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında biz Qazaxıstan dəmir yolu maşınqayırmasının ixrac imkanlarını təqdim edirik. Bundan əlavə, biz Qazaxıstandan Azərbaycana 304 milyon ABŞ dollarından çox məbləğdə 100-dən çox növdə qeyri-xammal əmtəəsinin təchiz edilməsi üzərində işləyirik. Ölkələrimiz enerji, nəqliyyat, kənd təsərrüfatı mallarının ticarəti sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir. Biz mümkün olan çoxsaylı istiqamətlər üzrə qarşılıqlı faydalı səmərəli əməkdaşlıq qurmağı hədəfləyirik hər zaman yeni təkliflərə açığıq".

İclasda Hökumətlərarası Komissiyanın 18-ci iclasından sonra görülmüş işlər nəzərdən keçirilib, siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, media digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.

Sonda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 20-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb.

Ülvi QARAYEV,

Respublika”.