“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Hüquqi aktlar

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1128, № 11, maddə 2446; 2020, № 9, maddə 1222; 2021, № 8, maddə 972; 2022, № 6, maddə 677) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsi”nin 5.3-cü bəndinin ikinci cümləsində “3 (üç)” sözləri “5 (beş)” sözləri ilə, “iki” sözü “dörd” sözü ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin strukturu”nun 1-ci hissəsində “və şöbələr” sözləri “, şöbələr və sektorlar” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 26 may 2023-cü il

№ 168