Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Hüquqi aktlar

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Abdulov Rəşad Məhərrəm oğlu,

Babayev Zəki Baba oğlu,

Cəfərov Vidadi Cəfər oğlu,

Xıdırov Əhliman Mehman oğlu,

Məmmədov Vidadi Məmməd oğlu.

2. Xəlilov İsmayıl Kamil oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri                      Sahibə Qafarova

Bakı şəhəri, 23 dekabr 2022-ci il