Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Digər xəbərlər

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Fondun 2022-ci il üzrə büdcə layihəsi, DNF-in İnvestisiya siyasəti və digər məsələlər müzakirə edilib.

İclasda Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

 AZƏRTAC