Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Reklam və elanlar

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi üzrə Əlavə Maliyyələşdirmə "Pilot özəl icra sisteminin qurulması" fəaliyyəti üzrə məsləhət xidmətləri 

Kredit nömrəsi 9058-AZ 

Maraqların İfadəsi üzrə Bildiriş-№ A.3/2.0-MX-AF

Azərbaycan Respublikası Dünya Bankından "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsinin Əlavə Maliyyələşdirilməsi ilə əlaqədar kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin "Pilot özəl icra sisteminin qurulması" fəaliyyəti üzrə məsləhət xidmətlərinin göstərilməsinə xərclənməsi nəzərdə tutulur. Fəaliyyətin məqsədi qabaqcıl beynəlxalq təcrübəyə əsasən pilot özəl icra sisteminin yaradılmasına, tətbiqinə və qiymətləndirilməsinə yönəlmiş tövsiyələrin hazırlanması ilə Ədliyyə Nazirliyinə dəstək olmaqdan ibarətdir. Tapşırığın ehtimal olunan müddəti 18 aydır.    

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçi şirkətləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən şirkətlər xidmətlərin  göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar təqdim etməlidirlər.

Qısa siyahıya daxil olunması üçün məsləhətçi şirkət məhkəmə qərarlarının icrasının təşkili, idarə edilməsi və təmin edilməsi ilə bağlı məsləhətlərin verilməsi sahəsində ən azı 10 illik təcrübəyə malik olmalıdır. Bu sahədə qabaqcıl beynəlxalq təcrübə haqqında biliklərin olması, icra sistemlərinin islahatı və Şərqi Avropa və / və ya MDB ölkələrində özəl icra sistemlərinin tətbiqi ilə bağlı təcrübəsi olanlara üstünlük veriləcəkdir. Məsləhətçi şirkət son beş il ərzində icra olunmuş ən azı bir oxşar layihə barəsində məlumat təqdim etməlidir. Qısa siyahı mərhələsində məsləhətçinin əsas işçi heyətinin qiymətləndirilməsi aparılmayacaq. Texniki tapşırıq aşağıda göstərilən ünvandan əldə oluna bilər.           

Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi çərçivəsində Borcalanlar üçün prosedurlar (Satınalma Qaydaları)" ilə (iyul 2016-cı il, noyabr 2017-ci il və avqust 2018-ci il) nizamlanan Keyfiyyət və Dəyər Seçim Üsuluna (KDSÜ) əsasən seçiləcəkdir. Məsləhətçilər həmin təlimatların Bölmə III, 3.14, 3.16 3.17 nömrəli bəndlərində göstərilən "Dünya Bankının maraqların toqquşmasına dair siyasəti"nə diqqət yetirməlidirlər. Məsləhətçilər öz ixtisas bacarıqlarını gücləndirmək məqsədi ilə digər şirkətlərlə konsorsium/birgə müəssisə yarada bilərlər.       

İştirakçılar məlumatları 2022-ci il yanvar ayının 21-i saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi/"Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi, AZ1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə,  Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: [email protected], [email protected]) göndərə bilərlər.