Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1055; 2013, № 1, maddə 75; 2014, № 6, maddə 736; 2016, № 5, maddə 955; 2017, № 4, maddə 651; 2018, № 3, maddə 580, № 10, maddələr 2142, 2167; 2019, № 3, maddələr 542, 543; 2021, № 4, maddə 419, № 11, maddə 1257; 2022, № 1, maddə 58) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın 2-ci hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:
“2.1. “İqtisadi Zonaların İnkişafı Agentliyi” publik hüquqi şəxsin nəzdində “Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri.
Bakı şəhəri, 12 may 2023-cü il
№ 155