“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ
Hüquqi aktlar

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının

2021-ci il 14 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir.

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi

(2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasında müdafiə sənayesi fəaliyyətinin təşkili, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi

(2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi

(2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.