Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi
Reklam və elanlar

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi

Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən Milli Aerokosmik Agentliyi 2021-ci il üçün aşağıdakı ixtisaslar üzrə qəbul elan edir. Qəbul planı:

Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi təşkilatın rəhbərinin adına);

- Kadrların şəxsi qeydiyyat vərəqi (3x4 sm ölçüdə 4 ədəd fotoşəkillə birlikdə);

- Tərcümeyi-hal;

- İş yerindən xasiyyətnamə;

- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

- Fəlsəfə doktoru elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üçün).

Sənədlər ayrıca qovluqda hazırlanıb şəxsən təqdim edilməlidir.

Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin fəlsəfə və ixtisas fənləri üzrə qəbul imtahanının keçirilməsi 2021-ci il sentyabr ayında nəzərdə tutulmuşdur.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2021-ci il iyulun 7-dən avqustun 9-dək hər gün (şənbə və bazar günü istisna olmaqla) saat 10:00-dan 16:00-dək aşağıdakı ünvanda qəbul edilir:

Az1106, Bakı şəhəri, 8-ci mikrorayon, 3123 məh., S.S.Axundov küç.1, korpus 2.

Tel.: (012) 562-96-07.