Azərbaycan Respublikası Prezidentinin “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2001-ci il 19 iyun tarixli 509 nömrəli, “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə” 2007-ci il 13 dekabr tarixli 673 nömrəli, “Miqrasiya orqan
Fərman

Azərbaycan Respublikası Prezidentinin “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2001-ci il 19 iyun tarixli 509 nömrəli, “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə” 2007-ci il 13 dekabr tarixli 673 nömrəli, “Miqrasiya orqan

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 407; 2007, № 11, maddə 1118; 2009, № 6, maddə 419; 2012, № 4, maddə 290, № 5, maddə 427; 2017, № 5, maddə 802) ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.5-ci bəndində “müvafiq ixtisas üzrə” sözləri “hüquq sahəsində elmlər doktoru” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1223; 2009, № 10, maddə 773) ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.7.3-cü yarımbəndinə “sahəsində” sözündən sonra “elmlər doktoru” sözləri əlavə edilsin.

3. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 994; 2010, № 7, maddə 625; 2011, № 4, maddə 294; 2012, № 5, maddə 425; 2013, № 3, maddə 253, № 5, maddə 515, № 6, maddə 645, № 12, maddə 1518; 2014, № 5, maddə 471; 2017, № 5, maddə 759, № 7, maddə 1328; 2020, № 5, maddə 561) 2.1-ci bəndində “üçüncü” sözü “dördüncü” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 624; 2013, № 5, maddə 514) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. adında “müsabiqənin” sözü “müsabiqə” sözü ilə əvəz edilsin;

4.2. 8.3-cü bəndinə “sahəsində” sözündən sonra “elmlər doktoru” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 965) ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.8.4-cü yarımbəndinə “sahəsində” sözündən sonra “elmlər doktoru” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2021-ci il