“Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində qulluq keçən dövlət qulluqçularına müalicə müavinəti ödənilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 1855 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

“Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti ilə bağlı tədbirlər və “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 874 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində qulluq keçən dövlət qulluqçularına müalicə müavinəti ödənilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 1855 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1054) adında və mətnində “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində” sözləri “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 20 sentyabr 2021-ci il