“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu
Qanun

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 115; 2004, № 9, maddə 665; 2006, № 3, maddə 207, № 11, maddə 909; 2007, № 10, maddə 928; 2009, № 10, maddə 761, № 12, maddə 944; 2011, № 6, maddə 459, № 8, maddə 749; 2014, № 7, maddə 757; 2016, № 4, maddə 655; 2018, № 11, maddə 2184, № 12 (I kitab), maddə 2480; 2020, № 4, maddə 384) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 16.1-ci maddədə “2230” rəqəmləri “3060” rəqəmləri ilə, “əmək haqqı” sözləri “vəzifə maaşı” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 16.1-1-ci maddə əlavə edilsin:

“16.1-1. Müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödənilir.”;

1.3. 16.6-cı maddə ləğv edilsin.

Maddə 2. Bu Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2022-ci il