Hüquqi aktlar

"Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 30 mart tarixli 33-VIQR nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. "Məmmədov Ramiz Mahmud oğlu          AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik;

   Məşədiyev Qara İbrahim oğlu                  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor;"

sözləri aşağıdakı sözlər ilə əvəz edilsin:

"İmanlı Akif Kazım oğlu                               AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor;

Abışov Elşad Şərəfxan oğlu                        AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent;"

2. "İmanov Emin Dürhəsən oğlu                 Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri."

sözləri aşağıdakı sözlər ilə əvəz edilsin:

"Məmmədzadə Aqşin Təvəkkül oğlu       Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri."

Sahibə Qafarova,

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri.

Bakı şəhəri, 5 aprel 2022-ci il