Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Məktublar

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Filippin xalqı ölkənizin daha böyük tərəqqiyə, rifaha və sülhə doğru irəliləməsinin bütün mərhələlərində Azərbaycan xalqını dəstəkləyir.

Əminəm ki, xalqlarımızın ortaq maraqları naminə birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcək, dövlətlərimiz arasındakı dostluq və həmrəylik daha da güclənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Rodriqo Roa Duterte,

Filippin Respublikasının Prezidenti.