Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Rüstəmov Xanlar Kamran oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Kazımov Rəşad Vaqif oğlu – polkovnik

Qasımov Elnur Əhməd oğlu – polkovnik

Məmmədov Rövşən Kamil oğlu – polkovnik

İsmayılzadə Ruslan Faiq oğlu – mayor

Musayev Cavid Sabir oğlu – mayor

Şirinov İsrafil Salman oğlu – mayor

Şükürlü Lətif Canbağış oğlu – mayor

Vəliyev Nüsrət Musa oğlu – mayor

Yusifov Ruslan Fərhad oğlu – mayor

Nəsirov Yulət Fəxrəddin oğlu – kapitan

Niftəliyev Habil Cəfər oğlu – kapitan

Əhmədova Aygün Cahil qızı – baş leytenant

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Kərimov Məhərrəm Kərim oğlu

Zeynalov Namiq Bahəddin oğlu.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 fevral 2022-ci il