Azərbaycan-Rumıniya Hökumətlərarası Komissiyanın 7-cı iclası
Siyasət

Azərbaycan-Rumıniya Hökumətlərarası Komissiyanın 7-cı iclası

Buxarestdə iki ölkənin sahibkarlarının iştirakı ilə biznes forum keçirilib

Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda iştirak etmək üçün Rumıniyada səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Buxarestdəki Tey Parkı - Heydər Əliyev Xiyabanına gələrək Ümummilli Liderimiz Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.

Nümayəndə heyətinin Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşündə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolu qeyd olunub, müxtəlif sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Habelə iki ölkə arasında ticari, investisiya sosial əməkdaşlığın əhəmiyyəti qeyd edilib, nəqliyyat sahəsində layihələrin genişləndirilməsinin birbaşa uçuşların həyata keçirilməsinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb.

Müştərək Komissiyanın fəaliyyətindən, növbəti iclasın gündəliyində dayanan məsələlərin önəmindən bəhs olunub.

Komissiyanın 7-ci iclasında Sahil Babayev ölkələrimiz arasında əlaqələrin ildən-ilə inkişaf etməkdə olduğunu, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2,4 dəfə artdığını, əlaqələrin genişləndirilməsinin əsas prioritet olduğunu bildirib.

Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiklərini, bu sahədə hər iki tərəfdən önəmli işlər aparıldığını diqqətə çatdırıb.

Rumıniyanın iqtisadiyyat naziri Florin Marian Spataru Rumıniyanın əmək sosial həmrəylik naziri Marius-Konstantin Budainin iştirak etdiyi iclasda enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə, Rumıniyanın Qara dəniz sualtı elektrik enerjisi rəqəmsal əlaqə layihəsində iştirakına, eləcə nəqliyyat, sosial, kənd təsərrüfatı, təhsil, humanitar, infrastruktur, inşaat s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirə aparılıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Konstansa Dəniz Limanı arasında əməkdaşlığın genişləndirilməsinin, nəqliyyat baxımından əlverişli ərazidə yaradılmış Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd edilib.

Sonra Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq prioritetləri əksini tapır.

İclas çərçivəsində iki ölkənin sahibkarlarının iştirakı ilə Rumıniya-Azərbaycan biznes forumu keçirilib. Biznes forumda Azərbaycan tərəfindən 14, Rumıniya tərəfindən 25 qurum şirkət iştirak edib.

Çıxışlar zamanı ötən dövrdə Bakıda Buxarestdə 5-dən çox biznes-forum işgüzar görüşlərin keçirildiyi, həmin tədbirlərin, keçirilən təqdimatların Azərbaycan Rumıniya adamları arasında ikitərəfli işgüzar əlaqələrin yaradılması genişləndirilməsində xüsusi önəm kəsb etdiyi vurğulanıb