‘‘Azərbaycan Rüzgarı’’ proqramında  28 May - Müstəqillik günü
Türk dünyası

‘‘Azərbaycan Rüzgarı’’ proqramında  28 May - Müstəqillik günü

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə həftədə bir dəfə “Ulusal” televiziya kanalında  efirə gedən ‘‘Azərbaycan Rüzgarı’’ proqramının növbəti buraxılışı, 28 May-Müstəqillik gününə həsr olunub. ‘‘Azərbaycan Rüzgarı’’ proramı, Türkiyə efirində görünməyə başladığı gündən tamaşaçılarda böyük rəğbət qazanıb. Verilişdə Azərbaycanın mədəniyyəti, tarixi, coğrafiyası, xalqımızın qədim adət-ənənələri, milli musiqilərimiz,  mənəvi dəyərlərimiz  qardaş ölkə auditoriyasına çatdırılıır. Proqramın müəllifi və aparıcısı, həmyerlimiz Səidə Ömərdir. O, 28 May –  Müstəillik gününə həsr olunan  proqramda  bu dəfə tamaşaçıları Məmməd Arazın  ‘‘Azərbaycan – dünyam mənim’’  şeiri ilə salamlayıb.

Səidə Ömər tamaşaçılara   Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi haqqında məlumat verərək, 1918-ci il mayın 28-də müsəlman Şərqində elan edilmiş ilk demokratik respublikanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqımızın gələcəyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb.

Proqramda Özbəkistanın Mədəniyyət Naziri Ozodbek Nazarbekov və başqaları çıxışında Azərbaycanın  istiqlalı uğrunda mübarizə aparan dahi şəxsiyyətləri yad ediblər. Zəngin tarixə sahib olan Azərbaycanın bu günkü gücündən, qüdrətindən bəhs ediblər.

Esmira YAZKAN ASLANOVA,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.